Azərbaycan və İordaniya siyasi məsləhətləşmələr aparıb
Azərbaycan-İordaniya münasibətlərinin bütün istiqamətləri üzrə müzakirələr apardıq.
“Xəbərsiz” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar naziri Əymən Əs-Səfadi ilə birgə mətbuat konfransında deyib.
Ceyhun Bayramov bildirib ki, iki ölkə liderlərinin sıx təmasları bu münasibətlərin əsasını təşkil edir: “Bu gün nazirin ölkəmizə rəsmi səfəri xüsusi əhəmiyyət kəsb edir. İki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu da bu gün keçirilib”.





