Azərbaycanda heyvanlar aləmi zəngin olsa da, bunu ayılara şamil etmək mümkün deyil. Ölkəmizdə ancaq qonur ayı yaşayır. Bu heyvana respublikamızın dağlıq ərazilərində və sıx meşə zolaqlarında rast gəlmək mümkündür.
“Xəbərsiz” xəbər verir ki, bu ayılar daha çox Quba, Qusar, Qəbələ, Zaqatala, Balakən, Qazax və Laçın rayonlarının dağlıq meşələrində məskunlaşıb. Qonur ayılar qorunan heyvan hesab olunur və onların sayı təbiətin vəziyyətindən asılı olaraq dəyişir. Hazırda Azərvaycanda 1600-ə yaxın qonur ayı olduğu təxmin edilir.
Qonur ayılar tək yaşayan, amma çox çevik və güclü heyvanlardır. Qış aylarında yuxuya gedirlər, yaz və yay aylarında isə əsasən giləmeyvə, kök, balıq və kiçik heyvanlarla qidalanırlar.
Qonur ayılar həm ekologiya, həm də turizm üçün böyük əhəmiyyət daşıyır – onların varlığı ölkənin təbiət zənginliyinin göstəricisidir.

















