SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi
TƏBİB sədrinə yeni müşavir təyin edildi – FOTO
SON DƏQİQƏ! Azərbaycanda yüksək rütbəli şəxs SAXLANILDI
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Uşaqpulu haqda yeni məlumat – Üstünlük bu ailələrə veriləcək
24 İyul 2026
Əhaliyə xəbərdarlıq edildi – Şənbə və bazar günlərində…
24 İyul 2026
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24 İyul 2026
Əsas/Elm və təhsil/Azərbaycanda məktəblər sürətlə bağlanır! - SƏBƏB
Elm və təhsilManşet

Azərbaycanda məktəblər sürətlə bağlanır! - SƏBƏB

Xəbərsiz Media
17 İyun 2026

Son illərdə Azərbaycanda ümumi təhsil müəssisələrin sayı sürətlə azalır. Rəsmi statistikaya görə, 2023-cü ildə ölkədə 4422 məktəb fəaliyyət göstərdiyi halda, hazırda bu rəqəm 4194-ə enib. Başqa sözlə, son üç il ərzində 226 məktəb fəaliyyətini dayandırıb. Təkcə 2024–2025-ci tədris ili ərzində məktəblərin sayı 64 vahid azalıb.

“Xəbərsiz” xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında təhsil məsələləri üzrə ekspert İlham Əhmədov deyib. O bildirib ki, məktəblərin sayının azalmasının əsas səbəblərindən biri kənd yaşayış məntəqələrində əhalinin azalmasıdır:
“Məktəblərin sayının azalması ilk baxışdan narahatedici görünsə də, məsələyə diqqətlə baxdıqda bəzi sosial, iqtisadi və demoqrafik amilin təsir göstərdiyi görünür.
Məktəblərin sayının azalmasının əsas səbəblərindən biri kənd yaşayış məntəqələrində əhalinin azalmasıdır. Son illərdə Azərbaycanda urbanizasiya prosesi sürətlənib. İnsanlar iş, təhsil və sosial xidmətlərə daha rahat çıxış əldə etmək üçün rayonlardan iri şəhərlərə, xüsusi ilə Bakı və Abşeron yarımadasına köçürlər. Bu proses nəticəsində bir çox kəndlərdə məktəb yaşlı uşaqların sayı minimum həddə düşüb. Bəzi yaşayış məntəqələrində bir sinifdə cəmi 3-4 şagird təhsil alır. Bu şəraitdə az sayda şagirdi olan məktəbin saxlanılması iqtisadi baxımdan səmərəli deyil və həmin məktəblər ya yaxın yaşayış məntəqələrindəki məktəblərlə birləşdirilir, ya da filial formasında fəaliyyət göstərir.
Məktəb sayının azalmasının əsas hissəsinin ibtidai məktəblərin payına düşməsi də bunu təsdiqləyir. Statistikaya görə, bir il ərzində ibtidai məktəblərin sayı 292-dən 245-ə düşüb. Bu isə daha çox kiçik kənd məktəblərinin fəaliyyətinin dayandırıldığını göstərir”.
Ekspert əlavə edib ki, məktəb sayında azalma əsasən dağlıq və ucqar rayonlarda qeydə alınır:
“Məktəblərin bağlanmasını yalnız doğum səviyyəsinin azalması ilə əlaqələndirmək doğru olmazdı. Bu düzdür ki, son illərdə Azərbaycanda doğum göstəricilərində azalma var. Lakin məktəb şəbəkəsindəki dəyişikliklərin əsas səbəbi əhalinin ölkə daxilində qeyri-bərabər yerləşməsidir. Bir tərəfdən bəzi rayonlarda şagird sayı azalır, digər tərəfdən Bakı, Sumqayıt və Abşeron ərazisində yeni məktəblərin tikilməsinə ehtiyac yaranır. Yəni problem ümumi əhalinin azalması ilə paralel, həm də əhalinin məkan üzrə yenidən bölgüsüdür.
Məlumatlar göstərir ki, məktəb sayında azalma əsasən dağlıq və ucqar rayonlarda qeydə alınır. Lerikdə 9, Ağsuda 8, Qubada 7, Füzuli, Qax, Yardımlı və Ağdaş rayonlarında 4 məktəbin bağlanıb. Bu rayonların əksəriyyətində uzun illərdir miqrasiya prosesi davam edir. Gənclər ali təhsil almaq və ya iş tapmaq məqsədilə iri şəhərlərə üz tuturlar. Nəticədə kəndlərdə əhali yaşlanır, məktəb yaşlı uşaqların sayı azalır”.
İ. Əhmədov qeyd edib ki, səbəbdən inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da məktəblərin optimallaşdırılması ilə yanaşı, şagirdlərin nəqliyyat təminatı və distant təhsil imkanları da inkişaf etdirilməlidir:
“Burada iki fərqli yanaşma mövcuddur. Birinci yanaşmaya görə, şagird sayı az olan məktəblərin saxlanılması təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Belə məktəblərdə müəllim çatışmazlığı yaranır, laboratoriya və digər tədris resurslarından səmərəli istifadə etmək çətinləşir. Digər yanaşmaya görə isə kənd məktəblərinin bağlanması regionlarda sosial həyatın zəifləməsinə səbəb ola bilər. Çünki məktəb yalnız təhsil müəssisəsi deyil, həm də kəndin sosial və mədəni həyatının mərkəzidir.
Bu səbəbdən inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da məktəblərin optimallaşdırılması ilə yanaşı, şagirdlərin nəqliyyat təminatı və distant təhsil imkanları da inkişaf etdirilməlidir. Distant təhsilin yaradılması zərurəti barədə biz 25 ildir ki, yazırıq, təəssüf ki, aidiyyatı qurum, müasir təhsil trendlərini yaxşı bilmədiyi üçün hələ də ölkədə distant təhsil yoxdur. Amma 25 ildir, bir çox ölkələrin azkomplektli məktəblərində distant təhsil vasitəsi ilə belə məktəbləri yaşadırlar”.
Müsahibimiz sonda vurğulayıb ki, sinifdəki şagird sayına görə maaş hesablanmır:
“Azərbaycanda müəllimlərin əməkhaqqı əsasən həftəlik dərs yükünə, ixtisasına və sertifikatlaşdırma nəticələrinə görə müəyyən edilir. Birbaşa olaraq sinifdəki şagird sayına görə maaş hesablanmır. Lakin şagird sayı az olan məktəblərdə dərs saatlarının məhdudluğu müəllimin ümumi gəlirinə dolayısı ilə təsir göstərir. Bu səbəbdən bəzi müəllimlər daha böyük məktəblərdə işləməyə üstünlük verirlər.
Mövcud tendensiyalar göstərir ki, yaxın illərdə məktəb şəbəkəsinin optimallaşdırılması davam edəcək. Lakin burada əsas məqsəd məktəb sayını azaltmaq deyil, resurslardan daha səmərəli istifadə etmək və təhsilin keyfiyyətini yüksəltmək olmalıdır. Eyni zamanda regionların sosial-iqtisadi inkişafı, yeni iş yerlərinin yaradılması və kəndlərdə həyat şəraitinin yaxşılaşdırılması urbanizasiya təzyiqini azalda bilər. Əks halda məktəblərin bağlanması prosesi davam edəcək və bu, regionların inkişafına əlavə problemlər yarada bilər.
Məktəbin bağlanması sadəcə bir binanın fəaliyyətini dayandırması deyil. Bu, çox vaxt həmin yaşayış məntəqəsinin sosial gələcəyi ilə bağlı mühüm siqnaldır. Buna görə də məktəb şəbəkəsinin optimallaşdırılması təhsil keyfiyyəti, regional inkişaf və sosial ədalət prinsipləri arasında balans əsasında həyata keçirilməlidir”.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin sayında azalma müşahidə olunur. Son statistikaya əsasən, son 3 ildə 226 məktəb bağlanıb. Rəsmi açıqlamaya görə, hazırda ölkədə 4194 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə bu rəqəm 4422 idi. Bu isə o deməkdir ki, son 3 il ərzində məktəblərin sayı 226 ədəd azalıb.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Cəmiyyət24 İyul 2026

Uşaqpulu haqda yeni məlumat – Üstünlük bu ailələrə veriləcək

Cəmiyyət24 İyul 2026

Əhaliyə xəbərdarlıq edildi - Şənbə və bazar günlərində...

Hadisə24 İyul 2026

Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı

Hərbi24 İyul 2026

Ermənistan ordusunda şok statistika: Yeddi ayda...

Hadisə24 İyul 2026

Şamaxıda zəlzələ oldu

Dünya24 İyul 2026

Katz xəbərdarlıq etdi: İran İsrailə hücum etsə...

Dünya24 İyul 2026

Ukrayna hərbçiləri açıqladı: Ruslar üçün ən vacib nöqtə...

Gündəm23 İyul 2026

Quba səmasında qırıcılar göründü: MN açıqlama yaydı

Dünya23 İyul 2026

Konqres Trampdan tələb etdi: Müharibəni dayandır!

Gündəm23 İyul 2026

10 milyon manatlıq qalmaqal: İş adamının mülklərinə QADAĞA QOYULDU - SİYAHI

Həmçinin oxu

Cəmiyyət

Uşaqpulu haqda yeni məlumat – Üstünlük bu ailələrə veriləcək

No Comment
27 baxış
Gündəm

10 milyon manatlıq qalmaqal: İş adamının mülklərinə QADAĞA QOYULDU - SİYAHI

No Comment
333 baxış
Elm və təhsil

65 yaşdan sonra bu müəllimləri işdə saxlayırlar...

No Comment
1.1K baxış
Manşet

Yeni postlar, yeni adlar: Prezident kimlərə vəzifə verib? 

No Comment
196 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Quba səmasında qırıcılar göründü: MN açıqlama yaydı
10 milyon manatlıq qalmaqal: İş adamının mülklərinə QADAĞA QOYULDU – SİYAHI
Baş nazirdən yeni qərar…
İqtisadiyyat
Vüqar Oruc: “Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır”
Regionlarda daşınmaz əmlak bazarında fərqli mənzərə: Ən bahalı və ən ucuz rayonlar hansılardır?
Neft yenidən kəskin bahalaşdı

Bölmələr üzrə

Baxış bucağı 807
Cəmiyyət 2166
Dünya 1234
Elm və təhsil 373
Gündəm 1258

Bütün müəllif hüquqları qorunur - 2026