SON DƏQİQƏ! Bakıda sərnişin avtobusu yanır – VİDEO
Trampdan İlham Əliyevə xüsusi dəvət – Təcili
“Arzum” məhkəmə zalından HƏBS EDİLDİ
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Xırdalanda körpə eyvandan yıxıldı
26 Avqust 2026
Astroloqlar xəbərdarlıq edir: Bu 5 bürc üçün gün ağır keçəcək
26 Avqust 2026
Rus hərbçilərə tank sürməyi və atəş açmağı görün kim öyrədib – ŞOK ARXİV
26 Avqust 2026
Əsas/Cəmiyyət/Azərbaycanda qadınlar üçün şad xəbər - Pensiya, güzəştli kredit... 
Cəmiyyət

Azərbaycanda qadınlar üçün şad xəbər - Pensiya, güzəştli kredit... 

Xəbərsiz Media
03 İyun 2026

“Hazırda Azərbaycan əhalisinin 2 milyon 414 mindən çoxunu qadınlar təşkil edir. Eyni zamanda, işçi qüvvəsində qadınların sayı 2 milyon nəfərdən artıqdır. Bununla belə, qadınların orta aylıq əməkhaqqı kişilərin orta aylıq əməkhaqqının təxminən 69,1 faizinə bərabərdir”.

“Xəbərsiz” xəbər verir ki, bunu BAKU.WS-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Deputat əlavə edib ki, beynəlxalq praktikada bu göstərici adətən 77-80 faiz arasında dəyişir, Avropa İttifaqına üzv bir çox ölkələrdə isə 80 faizdən yüksəkdir:

“Bunun müəyyən obyektiv səbəbləri mövcuddur. Belə ki, qadınların ən çox çalışdığı sahə təhsil sektorudur. Əmək müqaviləsi ilə çalışan qadınların 242 mindən çoxu məhz bu sektorda fəaliyyət göstərir ki, bu da muzdlu qadın işçilərin 33,6 faizinin təhsil sahəsində çalışması deməkdir”.

Vüqar Bayramov hesab edir ki, qadınların iqtisadi güclənməsi onların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsini tələb edir:

“Bu baxımdan məqsədəuyğun olardı ki, Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən təqdim olunan güzəştli kreditlərdə qadın sahibkarların maliyyələşdirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilsin. Hazırda fondun ayırdığı kreditlərdə qadın sahibkarların payı hələ də aşağı səviyyədədir. Bu istiqamətdə xüsusi prioritetlərin müəyyən edilməsi onların maliyyə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər.

Digər mühüm məsələ pensiya təminatı ilə bağlıdır. Qadınlarla kişilər arasında əməkhaqqı fərqi mövcud olduğu müddətdə yaşa görə əmək pensiyası hesablanarkən qadınların pensiya kapitalına əlavə əmsalların tətbiqi imkanları nəzərdən keçirilə bilər. Bir sıra inkişaf etməkdə olan ölkələrdə istifadə olunan bu təcrübə qadınların gələcək pensiya təminatının yaxşılaşdırılmasına xidmət edir.

Eyni zamanda pensiya yaşı ilə bağlı güzəştlərə yenidən baxılması, yalnız yaş meyarı deyil, həm də sosial və keyfiyyət göstəricilərinin nəzərə alınması məqsədəuyğun olardı. Xüsusilə tək qadınların daha erkən pensiyaya çıxmaq hüququnun qanunvericilikdə ayrıca meyar kimi təsbit edilməsi müzakirə oluna bilər”.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Cəmiyyət26 Avqust 2026
Xırdalanda körpə eyvandan yıxıldı
Cəmiyyət26 Avqust 2026
Astroloqlar xəbərdarlıq edir: Bu 5 bürc üçün gün ağır keçəcək
Gündəm26 Avqust 2026
Rus hərbçilərə tank sürməyi və atəş açmağı görün kim öyrədib – ŞOK ARXİV
Cəmiyyət26 Avqust 2026
Elgiz Əkbər bu verilişlə geri dönür
Cəmiyyət26 Avqust 2026
Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaş qəbulu keçirəcək
Cəmiyyət26 Avqust 2026
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanıldı
Cəmiyyət26 Avqust 2026
“Telegram”dan möhtəşəm yeniliklər
Dünya26 Avqust 2026
Bəşəriyyət Aya və Marsa köçəcək – Yeni nəsil bunu görəcək
Dünya26 Avqust 2026
Vaşinqton şokda: İran ABŞ kəşfiyyatına tarixdə görünməmiş zərər vurdu
Cəmiyyət26 Avqust 2026
Bu gün Mehriban Əliyevanın doğum günüdür

Həmçinin oxu

Cəmiyyət

Xırdalanda körpə eyvandan yıxıldı

No Comment
4 baxış
Cəmiyyət

Astroloqlar xəbərdarlıq edir: Bu 5 bürc üçün gün ağır keçəcək

No Comment
4 baxış
Cəmiyyət

Elgiz Əkbər bu verilişlə geri dönür

No Comment
8 baxış
Cəmiyyət

Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaş qəbulu keçirəcək

No Comment
9 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Xırdalanda körpə eyvandan yıxıldı
Astroloqlar xəbərdarlıq edir: Bu 5 bürc üçün gün ağır keçəcək
Rus hərbçilərə tank sürməyi və atəş açmağı görün kim öyrədib – ŞOK ARXİV
İqtisadiyyat
Mərkəzi Bank açıqladı: Dolları olanların diqqətinə!
AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?

Bölmələr üzrə

Baxış bucağı 813
Cəmiyyət 2206
Dünya 1281
Elm və təhsil 378
Gündəm 1300

Bütün müəllif hüquqları qorunur - 2026