13.12.2025 / 3:10
  • Haqqımızda
  • Əlaqə
  • Media Kodeksi
Baku: 9°C
Xebersiz.Media
Advertisement
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Elm və təhsil
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Özəl
    • Prezident
    • Reportaj
    • Sağlamlıq
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Elm və təhsil
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Özəl
    • Prezident
    • Reportaj
    • Sağlamlıq
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
Xebersiz.Media
No Result
View All Result
SON DƏQİQƏ! Əli Kərimliyə ittiham irəli sürülüb•Bakıda yanğın başladı•Çin Yaponiyanı öz hərəkətlərinə yenidən baxmağa çağırır•İsrail ordusundan həmlə – 13 nəfər öldürülüb•General məhkəməyə gələcək – Proses mediaya qapadıldı
SON DƏQİQƏ! Əli Kərimliyə ittiham irəli sürülüb•Bakıda yanğın başladı•Çin Yaponiyanı öz hərəkətlərinə yenidən baxmağa çağırır•İsrail ordusundan həmlə – 13 nəfər öldürülüb•General məhkəməyə gələcək – Proses mediaya qapadıldı
Ana Səhifə Manşet

Azərbaycanda xərçəng sürətlə artır - Rəşad Mahmudov həyəcan təbili çaldı

Xəbərsiz Media Xəbərsiz Media
21.11.2025 / 16:17
Manşet, Sağlamlıq
A A

“Onkoloji xəstələrin müalicəsinə dövlət dəstəyinin gücləndirilməsi vacibdir”.

“Xəbərsiz” azpolitika-ya istinadən xəbər verir ki, bunu Milli Məclisdə 2026-cı ilin dövlət büdcəsi müzakirələri zamanı çıxış edən Səhiyyə komitəsi sədrinin müavini, tanınmış kardioloq Rəşad Mahmudov bildirib.

“İnsan həyatını qorumaq büdcədəki hər bir rəqəmdən daha önəmlidir. Onkoloji xəstələrimizin müalicəsi, dərman təminatı və mövcud mərkəzlərin effektiv fəaliyyəti üçün daha güclü dəstək həyati zərurətdir”, – millət vəkili bildirib.

R.Mahmudov vətəndaşların üzləşdiyi ən ciddi problemlərdən birini qaldırıb. Azərbaycanda onkoloji xəstəliklər sürətlə artır və ona qarşı mübarizənin əsas ağırlığı elə insanların öz üzərinə düşür. Bu xəstəliklərin müalicəsi icbari tibbi sığortaya daxil deyil, dövlət büdcəsindən ayrılan vəsait, xəstələrin sayı, dərman preparatlarının qiymətləri qarşısında çox azdır. Nəzərə alsaq ki, bu sahə üzrə ixtisaslaşmış Milli Onkologiya Mərkəzində tibbi xidmətlərin əksəriyyəti qeyri-rəsmi qaydada ödənişlidir, o zaman vəziyyətin ağrılığı təsəvvür etmək olar.

Mərkəzdə həkim qəbulu, müayinə, analizlər, kimya-terapiya kursları pulludur. Qiymətlər isə xəstələrin mübarizə əhval-ruhiyyəsinə və həkim-radioloqların insafına görə dəyişir. Mərkəzin özündə müalicə olunmaq isə olduqca bahalı xərc sayılır.

Azərbaycanın səhiyyə statistikasına görə, son illərdə onkoloji xəstələrin sayı artıb. 2023-cü ildə qeydiyyatda olan xəstələrin sayı 69 435 nəfər, 2024-cü ildə isə 73 875 nəfərə çatıb. 2023-cü ildə ilk dəfə diaqnoz qoyulan onkoloji xəstələrin sayı 13 666, 2024-cü ildə isə 15 164 nəfər olub. Bu göstəricilər kişilər və qadınlar arasında fərqlidir: 2024-cü ildə 8 051 qadın və 7 113 kişi ilk dəfə xərçəng diaqnozu alıb.

2023-cü ildə xərçəngdən ölümlərin sayı təxminən 9 681 nəfər olub. Beynəlxalq GLOBOCAN-2022 məlumatlarına görə, Azərbaycanda beş il ərzində sağ qalan onkoloji xəstələrin sayı 46 618 nəfər, yeni diaqnoz qoyulan xəstələr isə 18 503 nəfər təşkil edib. 2022-ci il üzrə xərçəngdən ölənlərin sayı isə 11 314 nəfər olub. Səhiyyə ekspertlərinin açıqlamalarına görə, Azərbaycanda ölüm səbəbləri sıralamasında ürək-damar xəstəlikləri birinci, onkoloji xəstəliklər isə ikinci yerdə durur. Ürək-damar xəstəlikləri ölümlərin təxminən 60%-ni təşkil edir. Xərçəng səbəbindən ölənlərin nisbəti isə təxminən 11%-dir. Bu rəqəmlər göstərir ki, onkoloji xəstəliklər ölkədə ciddi səhiyyə probleminə çevrilib.

Millət vəkili Rəşad Mahmudov onkoloji xəstəliklərə qarşı mübarizəyə dövlət dəstəyinin gücləndirilməsini vacib sayır. Bu sahədə mövcud durum necədir?

2025-ci ildə bu məqsəd üçün təxminən 60,4 milyon manat vəsait nəzərdə tutulub. Məsələn, 2024-cü ildə xərclənən məbləğ 48,3 milyon manat olub. Bu maliyyə xəstələrin dərman preparatları, müalicə prosedurları və digər tibbi ehtiyaclarını qarşılamaq üçün istifadə edilir. Ayrılan vəsaiti qeydiyyatda olan onkoloji xəstələrin sayına böləndə hər xəstəyə təxminən 700 manatdan bir az artıq vəsait düşür. Ölkədə xəstələr arasında sorğu aparsaq, bu həcmdə pulsiz tibbi xidmət, dava-dərman əldə etmiş nadir adamlar tapıla bilər. Məbləğ də kifayət qədər azdır.

Əslində onkoloji xəstələr üçün dövlət təminatı çərçivəsində müəyyən dərman preparatları pulsuz və ya dövlət hesabına verilməlidir. Səhiyyə Nazirliyinin “Şiş əleyhinə əsas preparatlar” proqramına əsasən, hazırda 200-dən çox dərman preparatı guya təmin edilir.

Nümunə dərmanlar:

5 Fluorourasil (5 Ftoruracil), Bleomycin, Bondronat, Calcium folinat, Carboplatin, Alkeran, Aredia, Belustin, Mitoksantron, Doksorubisin, Epirubisin, Ifosfamid, Irinotekan, Vinblastin, Vinkristin, Tamoksifen və s.

Dərmanların siyahısı Nazirlər Kabineti tərəfindən təsdiqlənir və hər il yenilənir. 3 ildir onkoloji xəstəlikdən müalicə alan Simuzər Həsənova bildirir ki, bu müddət ərzində bir dənə də olsun pulsuz dərman almayıb. “Həkim, radioloq, MRT, UZİ müayinəsinə pul ödəmişəm, 4 dəfə kimya-terapiya almışam, hər birinə 300 manat vermişəm. Dərmanın, müayinənin pusluz olduğu haqda heç vaxt eşitməmişəm”, – o bildirib.

Qeyd edək ki, onkoloji xəstəliklər dünya üzrə ölüm səbəbləri sıralamasında da ön yerlərdən birini tutur. Hər ölkə xərçənglə mübarizədə müxtəlif strategiyalar tətbiq edir – erkən diaqnostika, profilaktika, müasir dərmanlar, dövlət dəstəyi və səhiyyə infrastrukturunun gücləndirilməsi bu strategiyaların əsasını təşkil edir. Məsələn, ABŞ-də federal hökumət xərçəng müalicəsinə böyük maliyyə ayırır. 2024-cü il üçün Milli Xərçəng İnstitutu (NCI) büdcəsi 7 milyard dollar təşkil edib. Xəstələrə dərmanlar “Medicare” və “Medicaid” proqramları vasitəsilə ödənişsiz və ya subsidiyalı verilir.

Avropaya gəlincə, Almaniya, Fransa və Skandinaviya ölkələrində dövlət xərçəng müalicəsini sığorta sistemi ilə təmin edir. Xəstələr üçün dərmanlar və müalicə prosedurları ya tam pulsuz, ya da minimal ödənişlə həyata keçirilir. Yaponiya və Cənubi Koreyada da dövlət vətəndaşları xərçəng skrininqləri ilə təmin edir. Erkən diaqnostika, müasir immunoterapiya və radioterapiya dövlət tərəfindən subsidiyalaşdırılır.

ABŞ və Avropada onkoloji dərmanların əksəriyyəti dövlət tərəfindən ya sığorta sistemi, ya da xüsusi subsidiyalarla ödənilir. Yeni bioloji dərmanlar, immunoterapiya preparatları və hədəfli terapiya dərmanları pulsuz və ya qismən ödənişlə xəstələrə təqdim olunur. Məsələn, immunoterapiya dərmanı pembrolizumab (Keytruda) və ya trastuzumab (Herceptin) bir çox Avropa ölkələrində dövlət xətti ilə maliyyələşdirilir.

Avropa və ABŞ-də xərçəngə qarşı mübarizənin əsas alətlərindən biri məcburi skrining proqramlarıdır: süd vəzi xərçəngi, kolorektal xərçəng, serviks xərçəngi üçün yaş qrupları üzrə illik yoxlamalar aparılır. Bu, ölüm hallarını əhəmiyyətli dərəcədə azaldır.

Dünya təcrübəsi göstərir ki, onkoloji xəstəliklərlə mübarizədə uğur dövlət dəstəyi, erkən diaqnostika, müasir dərmanlar və geniş ictimai maarifləndirmə ilə mümkündür. Yuxarıda qeyd olunduğu kimi Azərbaycanda bu sahədə son illər formal irəliləyişlər var: büdcə artırılıb, dərman təminatı genişlənib, xəstələrin sayı isə artmaqdadır. Lakin immunoterapiya və bioloji dərmanlar, geniş skrining proqramları və qabaqcıl diaqnostika vasitələri hələ normal səviyyəsində deyil. Buna görə, Azərbaycan üçün növbəti addım maliyyə resurslarının artırılması, skrining proqramlarının genişləndirilməsi və müasir dərmanların tam təminatı ola bilər.

Başılca olaraq dövlətin ayırdığı vəsaitlərin onkoloji xəstələrə çatdırılması vacibdir. Bu sahədə hökm sürən hazırkı bərbad vəziyyəti aradan qaldırmaq mümkün olmazsa, dövlət təminatının artırılması ancaq səhiyyə məmurlarının daha da varlanmasına gətirib çıxaracaq.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Bənzər Xəbərlər

Azərbaycanda bu şəxslərə mənzil veriləcək
Manşet

Azərbaycanda bu şəxslərə mənzil veriləcək

Dekabr 12, 2025
İcra başçısının müavini ilə dalaşan şəxs həbs edildi
Cəmiyyət

İcra başçısının müavini ilə dalaşan şəxs həbs edildi

Dekabr 12, 2025
Müharibə əlilləri və şəhid ailələri bu rüsumdan azad edilir
Cəmiyyət

Müharibə əlilləri və şəhid ailələri bu rüsumdan azad edilir

Dekabr 12, 2025
Dövlət rəsmiləri Heydər Əliyevin xatirəsini yad etdi
Gündəm

Dövlət rəsmiləri Heydər Əliyevin xatirəsini yad etdi

Dekabr 12, 2025
Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət etdi
Manşet

Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət etdi

Dekabr 12, 2025
İlham Əliyev Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım etdi
Manşet

İlham Əliyev Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım etdi

Dekabr 12, 2025

XƏBƏR LENTİ

Azərbaycanda bu şəxslərə mənzil veriləcək

Azərbaycanda bu şəxslərə mənzil veriləcək

12 Dekabr, 25 / 23:38
ADSEA kollektivi Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini andı

ADSEA kollektivi Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini andı

12 Dekabr, 25 / 22:00
İcra başçısının müavini ilə dalaşan şəxs həbs edildi

İcra başçısının müavini ilə dalaşan şəxs həbs edildi

12 Dekabr, 25 / 16:16
Müharibə əlilləri və şəhid ailələri bu rüsumdan azad edilir

Müharibə əlilləri və şəhid ailələri bu rüsumdan azad edilir

12 Dekabr, 25 / 16:00
MSK ilə bağlı vacib xəbər - YENİDƏN FORMALAŞDIRILACAQ?

MSK ilə bağlı vacib xəbər - YENİDƏN FORMALAŞDIRILACAQ?

12 Dekabr, 25 / 15:29
Mədəniyyət Nazirliyinin kollektivi Fəxri xiyabanda - FOTOLAR

Mədəniyyət Nazirliyinin kollektivi Fəxri xiyabanda - FOTOLAR

12 Dekabr, 25 / 15:27
Milli Məclisin plenar iclasının gündəliyi açıqlandı

Milli Məclisin plenar iclasının gündəliyi açıqlandı

12 Dekabr, 25 / 15:07
Ərdoğan Putinlə görüşdü

Ərdoğan Putinlə görüşdü

12 Dekabr, 25 / 14:50
DTX-nin əməkdaşları Fəxri xiyabanda - FOTO/VİDEO

DTX-nin əməkdaşları Fəxri xiyabanda - FOTO/VİDEO

12 Dekabr, 25 / 14:28
"Ət 22 manat olub, sizsə kiminsə aşnasından danışırsız" - Tolik

"Ət 22 manat olub, sizsə kiminsə aşnasından danışırsız" - Tolik

12 Dekabr, 25 / 13:49
Populyar xəbərlər



Xəbərsiz.media müstəqil xəbər portalıdır. Burada siz ölkə və dünyada baş verən ən vacib hadisələri, siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdəki yenilikləri obyektiv və operativ şəkildə izləyə bilərsiniz. Gündəmdən “XəbərSiz” qalmamaq, xəbərin nəbzini tutmaq üçün bizi izləyin.
logo
Təsisçi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Baş Redaktor: Əliyev Ziyafət Fəxrəddin oğlu
Domain sahibi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Tel: 070 203-50-80
E-mail: xebersizmedia@gmail.com
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78V
VÖEN:8304373232



Xəbərsiz.media markaların, şirkətlərin və fərdi sahibkarların daha geniş auditoriyaya çatması üçün reklam imkanları təqdim edir. Saytımız və sosial media platformalarımız vasitəsilə reklamınız minlərlə izləyiciyə çatdırılır. Xəbərsiz qalmamaq və məhsulunuzdan xəbər etmək üçün müraciət edə bilərsiniz.

Bütün müəllif hüquqları qorunur. Xebersiz Media - © 2025

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Elm və təhsil
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Özəl
    • Prezident
    • Reportaj
    • Sağlamlıq
    • Texnologiya
    • Təhlil

Bütün müəllif hüquqları qorunur. Xebersiz Media - © 2025