Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası daşıyan 5vaqondan ibarət yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.
“Xəbərsiz” xəbər verir ki, taxılın ümumi çəkisi 350 tondur.
Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 24 mintondan çox taxıl, 1 600 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.
Qeyd edək ki, sonuncu dəfə aprelin 1-də Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 349 ton Rusiya buğdası göndərilib.
09:26
Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana buğda göndəriləcək.
“Xəbərsiz” xəbər verir ki, bu ölkəyə 5 vaqon buğda tədarük olunacaq.
Qatar “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşəcək. Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

















