Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın icmal büdcəsinin gəlirləri 35 milyard 865,7 milyon manat, xərcləri isə 29 milyard 027,6 milyon manat təşkil edib.
“Xəbərsiz” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunlar, 2024-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,4 % az və 2 % çoxdur.
Son nəticədə icmal büdcədə 6 milyard 838,1 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 21,1 % azdır.
