Azərbaycanın məşhur Xalq artistinə AĞIR İTKİ
Xalq artisti Fatma Mahmudovanın ailəsində ağır itki üz verib.
“Xəbərsiz” Axşam.az-a istinadən xəbər verir ki, aktrisa yaxın qohumunun gənc yaşda dünyasını dəyişdiyini bildirib. F.Mahmudova qeyd edib ki, Ağdama yas mərasiminə yollanıb, orada isə səhhəti pisləşib:
“Özümü yaxşı hiss etmirəm. Halım çox pisdir. İnsult keçirəndən sonra çox yerə gedə bilmirəm. Yaslara gələndə halım pisləşir. İndi də pisəm, həkimə gedirəm, yoxlanacağam, görüm nədəndir”.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin





