Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 134,7 milyon ABŞ dolları dəyərində pambıq ixrac edib.
“Xəbərsiz” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın oktyabr sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 % azdır.
Təkcə sentyabrda isə Azərbaycan 10 milyon ABŞ dolları dəyərində pambıq ixrac edib. Bu isə 1 il əvvələ nisbətən təxminən 20 % azdır.
9 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 % artaraq 2,6 milyard ABŞ dolları təşkil edib.

















