Bu ilin birinci yarısında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi artmaqda davam edərək 501 milyon dollara çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2 dəfə çoxdur.
“Xəbərsiz” xəbər verir ki, bu barədə Bakıda keçirilən Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 21-ci iclası zamanı energetika naziri Pərviz Şahbazov bildirib.
Onun sözlərinə görə, 2024-cü ildə Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı ticarət dövriyyəsi 50% artaraq 470 milyon dollara çatıb.
“Nəqliyyat əməkdaşlığı baxımından ölkələrimiz arasında tranzit daşımaların artımında müsbət dinamika var. Biz Orta Dəhliz/Trans-Xəzər marşrutunun inkişafı sahəsində əməkdaşlığı dərinləşdirməyə, həmçinin yeni imkanlardan, o cümlədən Zəngəzur dəhlizinin açılması perspektivlərindən yararlanmağa hazırıq”, – nazir vurğulayıb.
