Sabunçu rayon Bakıxanov qəsəbəsində fərdi yaşayış evində partlayış baş verib.
“Xəbərsiz” FHN-ə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə bu barədə ilkin məlumat daxil olub.
Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.

















