Bakının Binəqədi rayonu, “Baksol yolu”nda məişət tullantıları yığılmış ərazidə yanğın başlayıb.
Bu barədə “Xəbərsiz”ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

















