Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Cəmiyyət

Bankomatlarda barmaq izi ilə əməliyyat… – FOTO

Xəbərsiz Media
03 İyun 2026
0

Son vaxtlar bəzi bankların yeni nəsil ATM-lərində yerləşdirilən “Fingerprint” (barmaq izi) modulu vətəndaşların diqqətini çəkib. ABB, “Kapital Bank” və “Unibank” kimi bankların bir sıra bankomatlarında görünən bu qurğunun hansı məqsədlə quraşdırıldığı və hazırda istifadə olunub-olunmadığı ilə bağlı suallar yaranıb.

“Xəbərsiz” xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Banklar Assosiasiyasının (ABA) eskperti Azər Rəsulov Axar.az-a açıqlamasında ATM-lərdə yerləşdirilmiş “Fingerprint” modulu hazırda aktiv istifadə rejimində olmadığını bildirib. Bu səbəbdən toxunma zamanı hər hansı reaksiya müşahidə olunmur.
“Hazırda müştərilər tərəfindən barmaq izi vasitəsilə əməliyyat icrası mümkün deyil. Banklar alternativ və daha təhlükəsiz autentifikasiya üsullarına üstünlük verirlər. Xüsusilə mobil tətbiqlər üzərindən biometrik təsdiq və QR kod əsaslı kartsız əməliyyat mexanizmləri prioritet istiqamət kimi qiymətləndirilir. Bu səbəbdən yaxın perspektivdə barmaq izi üzərindən ayrıca əməliyyat funksionallığının tətbiqi planlaşdırılmır”, – o qeyd edib.
A.Rəsulov vurğulayıb ki, mövcud mərhələdə “Fingerprint” texnologiyasının PIN kodu tam əvəz etməsi də nəzərdə tutulmur:
“Banklar təhlükəsizlik baxımından çoxfaktorlu autentifikasiya mexanizmlərinə üstünlük verirlər.
Barmaq izi texnologiyasının ayrıca xidmət kimi tam istifadəyə verilməsi ilə bağlı hazırda təsdiqlənmiş tətbiq planı mövcud deyil.
Hazırda ATM-lərdə barmaq izi məlumatlarının toplanılması, saxlanılması və ya hər hansı dövlət informasiya bazası ilə inteqrasiyası həyata keçirilmir”.
BakuPost



Xəbərsiz.media müstəqil xəbər portalıdır. Burada siz ölkə və dünyada baş verən ən vacib hadisələri, siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdəki yenilikləri obyektiv və operativ şəkildə izləyə bilərsiniz. Gündəmdən “XəbərSiz” qalmamaq, xəbərin nəbzini tutmaq üçün bizi izləyin.