SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi
TƏBİB sədrinə yeni müşavir təyin edildi – FOTO
SON DƏQİQƏ! Azərbaycanda yüksək rütbəli şəxs SAXLANILDI
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
DİM bu imtahaların nəticələrini elan etdi
24 İyul 2026
Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? – Dosye
24 İyul 2026
Nazirlik 75 min nəfəri sevindirdi – RƏSMİ MƏLUMAT
24 İyul 2026
Əsas/Səhiyyə/Başqa klinikada analiz verdi, həkim müalicədən imtina etdi - QALMAQAL
SəhiyyəManşet

Başqa klinikada analiz verdi, həkim müalicədən imtina etdi - QALMAQAL

Xəbərsiz Media
13 Mart 2026

Sumqayıt şəhərində fəaliyyət göstərən “Real” Tibb Mərkəzinin doğum şöbəsinin müdiri, mama-ginekoloq Cavid Allahverdiyev pasiyentin başqa klinikada analiz verdiyini əsas gətirərək onu müayinə etməkdən imtina edib.

Bu barədə Bakupost.az -a müraciət edən Yasəmən Əliyeva (ad şərtidir) məlumat verib.

Onun sözlərinə görə, srağagün həkimin qəbulunda olub və ona bir neçə analiz təyin edilib. Şikayətçi bildirir ki, həkim analizlərin hansı laboratoriyada verilməli olduğunu deməyib:

“Əvvəllər də ona müraciət etmişdim, kömək etmişdi. Bu dəfə də analiz üçün vərəq yazdı, amma harada verməli olduğumu demədi. Mən də gedib ‘İmplus’da verdim. Çünki qiymətlər daha münasibdir, “Real” klinikasında isə kəskin bahadır”.

Pasiyentin sözlərinə görə, analizlərin nəticəsini həkimə göndərsə də, o, baxmaqdan imtina edib:

“Axşam nəticələri göndərib soruşdum ki, Sumqayıta gəlməyimə ehtiyac varmı? Əgər adi bir şeydirsə, dərmanı alım. Amma yazdı ki, “İmplus”un analizlərinə baxmıram. Bu müəssisəni qoyub orada analiz vermisən’”.

Həkimlə yazışmalarını redaksiyamıza təqdim edən Y.Əliyeva bildirir ki, səhhətinin ağır olduğunu və yenidən analiz verməyə imkanının olmadığını desə də, həkim razılaşmayıb:

“İşləmirəm, yalnız yoldaşım işləyir. Xahiş etdim ki, bu dəfəlik baxsın, növbəti dəfə harada desə, orada verərəm. Amma mənə yazdı ki, baxan deyiləm, get “İmplus”dakı həkim sənə baxsın. Yazdım ki, bu halda pulumu qaytarın, ora gedim”.

Pasiyent deyir ki, bundan əvvəl həkimdən razı qalıb, ona görə də müalicəsini orada davam etdirmək istəyib:

“Bu söhbətə qədər bir həkim kimi ondan razı idim. Amma artıq vicdanlı həkim obrazından çıxıb. Əvvəl o qədər can yandırırdı ki… İndi yəqin ki, pasiyentləri sadəcə biznes kimi görür”.

Y.Əliyevanın sözlərinə görə, məsələ ilə bağlı klinikaya müraciət etsə də, nəticə əldə olunmayıb:

“Klinikadan yazdılar ki, o bizim baş həkimimizdir. Analizi başqa yerdə verdiyiniz üçün həkim sizə baxmaq istəmir. Dedilər ki, ödəniş də qaytarılmayacaq, çünki sizi dinləyib. Halbuki mən onun məni dinləməsi üçün pul ödəməmişdim. Mən pul vermişdim ki, dərdimə çarə tapsın. Baş həkim olsun, kim olur-olsun, mən də Azərbaycan vətəndaşıyam və mənə xidmət göstərilməyib”.

Məsələ ilə bağlı Cavid Allahverdiyev Bakupost.az-a açıqlamasında hadisəni təsdiqləyib və özünü haqlı hesab etdiyini bildirib:

“Əvvəldən tanıdığım xəstədir. Yanıma gəlib, qəbul etmişəm, şikayətini dinləmişəm. Başqa müəssisədə analiz verdiyi üçün isə son müraciətində ona baxmamışam. Bu mənim haqqımdır. Bu qədər bəsit”.

Mövzu ilə bağlı Bakupost.az-a danışan Adil Qeybulla bildirib ki, əgər həkim adi rutin analizlər üçün xəstəni konkret laboratoriyaya yönləndirir və başqa laboratoriyada verilmiş nəticələri qəbul etmirsə, bu, peşə etikasına ziddir:

“Burada artıq hər hansı təmənna və ya qara niyyətlərin olması ehtimalı var. Ümumiyyətlə, indiki şəraitdə çalışmaq lazımdır ki, xəstələri də başa düşək. İmkan daxilində xəstəyə kömək etmək, onun vəziyyətinə anlayışla yanaşmaq lazımdır. Həkimin əsas peşə əqidəsi onun mərhəmətidir. Ona görə də belə halları qətiyyətlə pisləmək lazımdır.

Bəli, elə hallar da olur ki, xəstə 4-5 il əvvəlki MRT nəticəsini gətirir. Halbuki yeni müayinə mütləq lazımdır. Bu zaman xəstəyə izah edilir ki, yenisi olmadan rəy vermək mümkün deyil. Amma xəstənin əlində yaxın günlərdə verilmiş analizlər varsa, onu yenidən həmin analizləri verməyə məcbur etmək və ya başqa laboratoriyanın nəticələrinə etibarsızlıq göstərmək təbii ki, yolverilməzdir”.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Elm və təhsil24 İyul 2026

DİM bu imtahaların nəticələrini elan etdi

Gündəm24 İyul 2026

Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? - Dosye

Cəmiyyət24 İyul 2026

Nazirlik 75 min nəfəri sevindirdi - RƏSMİ MƏLUMAT 

Cəmiyyət24 İyul 2026

İş axtaranlara ŞAD XƏBƏR - YENİLİK

Gündəm24 İyul 2026

Azərbaycanda 9 idarə ləğv edildi - RƏSMİ

Hava24 İyul 2026

25-26 iyul tarixləri ilə bağlı XƏBƏRDARLIQ - NƏZƏRƏ ALIN

Prezident24 İyul 2026

Prezident onu Türkiyəyə səfir təyin etdi

İqtisadiyyat24 İyul 2026

AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR

Gündəm24 İyul 2026

Prezident onu Özbəkistana səfir göndərdi

Cəmiyyət24 İyul 2026

Uşaqpulu haqda yeni məlumat – Üstünlük bu ailələrə veriləcək

Həmçinin oxu

Cəmiyyət

Uşaqpulu haqda yeni məlumat – Üstünlük bu ailələrə veriləcək

No Comment
73 baxış
Gündəm

10 milyon manatlıq qalmaqal: İş adamının mülklərinə QADAĞA QOYULDU - SİYAHI

No Comment
365 baxış
Manşet

Yeni postlar, yeni adlar: Prezident kimlərə vəzifə verib? 

No Comment
198 baxış
Səhiyyə

TƏBİB-də yeni şöbə müdiri təyin edildi

No Comment
74 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? – Dosye
Azərbaycanda 9 idarə ləğv edildi – RƏSMİ
Prezident onu Özbəkistana səfir göndərdi
İqtisadiyyat
Azərbaycan əhalisinin sayı artdı
Vüqar Oruc: “Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır”
Regionlarda daşınmaz əmlak bazarında fərqli mənzərə: Ən bahalı və ən ucuz rayonlar hansılardır?

Bölmələr üzrə

Baxış bucağı 807
Cəmiyyət 2168
Dünya 1234
Elm və təhsil 374
Gündəm 1261

Bütün müəllif hüquqları qorunur - 2026