Belçika Kraliçası Mathilde BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin müdafiəçisi kimi oktyabrın 13-dən 15-nə kimi Ermənistanda işgüzar səfərdə olacaq.
Xəbərsiz bildirir ki, bu barədə Belçika Kral Sarayı press-reliz yayıb.
Belçika Kral Sarayının press-relizində deyilir:
“Bu səfər Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinin əhəmiyyətini vurğulamaq və Ermənistan cəmiyyətində innovasiya, sosial inklüzivlik, səhiyyə, təhsil və ətraf mühitin mühafizəsi sahələrində iştirak edən çoxsaylı aktorlarla birbaşa dialoq qurmaq imkanı verəcək”.
Əli Hacı
