SON DƏQİQƏ! Azərbaycanda yüksək rütbəli şəxs SAXLANILDI
SON DƏQİQƏ: Ermənistanda zəlzələ oldu, Naxçıvanda da hiss olundu
Əli Kərimlinin həbs müddəti uzadıldı
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Sabah Məhərrəm ayı bitir
13 İyul 2026
Sabah 39 dərəcə isti olacaq
13 İyul 2026
Nə dincəlməyə, nə də bayram etməyə vaxtımız oldu…
13 İyul 2026
Əsas/Baxış bucağı/Berlinin yeni yardım paketi Moskvanı qəzəbləndirə bilər - ŞƏRH
Baxış bucağıTəhlil

Berlinin yeni yardım paketi Moskvanı qəzəbləndirə bilər - ŞƏRH

Xəbərsiz Media
12 Noyabr 2025

Almaniya Ukraynaya yardım edən ölkələr arasında ön sıralarda yer alır və son aylarda Ukraynaya hərbi və maliyyə yardımlarını artırmaq niyyətində olduğunu bildirən bəyanatlarla çıxış edir.

Bu sözləri “Xəbərsiz”ə açıqlamasında siyasi şərhçi Çingiz Şahbazi deyib.

Onun sözlərinə görə, bu yardımlar Ukrayna hava sahəsini Rusiyanın hücumlarından müdafiə etmək məqsədilə verilməsi nəzərdə tutulan “Patriot”, “IRIS-T” və “Skynex” hava hücumundan müdafiə sistemlərini, tank və zirehli texnika üçün ehtiyat hissələrini, logistik və təlim dəstəyini, eləcə də enerji infrastrukturunun bərpası və maliyyə yardımlarını əhatə edir.

“Bu amillər, şübhəsiz ki, Almaniyanın Qərb alyansı, NATO və Avropa İttifaqı çərçivəsində Ukrayna məsələsində daha aktiv rol aldığını göstərir. Məhz bu səbəbdən Rusiya Almaniyanın bu istiqamətdə həyata keçirdiyi siyasətə qarşı kəskin mövqe nümayiş etdirir və sərt bəyanatlarla çıxış edir. Rusiya uzun müddətdir ki, Almaniyanın Ukraynaya verdiyi dəstəyi “Qərbin proksi savaşı” və “müharibəni uzadan amil” kimi qiymətləndirir. Yardımın artırılması Moskvanı, çox güman ki, daha da hiddətləndirəcək və siyasi baxımdan sərt bəyanatların verilməsi qaçılmaz olacaq. İki ölkə arasında diplomatik əlaqələrin gərginləşməsi, eləcə də iqtisadi və mədəni əməkdaşlığın inkişafına mənfi təsir göstərə biləcək problemlərin yaranması ehtimal olunur”, – deyə şərhçi əlavə edib.

Siyasi şərhçi qeyd edib ki, Rusiya mediası adəti üzrə bu dəfə də Almaniyanı “quru yuyub, yaş sərmək” taktikasından istifadə edəcək. Əlbəttə ki, minimum səviyyəyə enmiş Rusiya–Almaniya münasibətləri Ukraynaya göstəriləcək yeni yardım paketindən sonra, böyük ehtimalla, siyasi dialoqun dayanması ilə nəticələnə bilər. Bununla yanaşı, Rusiya enerji təzyiqini artırmağa da başlaya bilər.

Bu addımlar Almaniyada daxili auditoriyada siyasi gərginliyə səbəb ola bilər. Xüsusilə də populist qüvvələrin yardım paketinə qarşı çıxmaları, onlar üçün bir “fırsət” kimi dəyərləndirilə bilər və bu, mümkün ssenarilərdən biridir.

“Bununla belə, Almaniyanın bu addımı onun Avropa alyansı ölkələri arasında, ümumiyyətlə isə beynəlxalq miqyasda nüfuzunu artıracaq. Almaniya Rusiya ilə münasibətlərində qısamüddətli gərginlik yaşasa da, bu, Almaniya kimi bir ölkəyə qarşı ciddi təsir göstərəcək qədər əhəmiyyətli sayılmır, – Çingiz Şahbazi qeyd edib.

O, vurğulayıb ki, strateji baxımdan isə, Almaniyanın atdığı addımlar Avropanın uzunmüddətli müdafiə potensialının möhkəmləndirilməsinə xidmət edir və bu, onu təkcə NATO və Avropa İttifaqında deyil, həm də dünyanın əksər beynəlxalq təşkilatlarında əsas söz sahibinə çevrilmək hüququ ilə təmin edə bilər.

Ziyafət Əlisoy

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Cəmiyyət13 İyul 2026

Sabah Məhərrəm ayı bitir

Cəmiyyət13 İyul 2026

Sabah 39 dərəcə isti olacaq

Prezident13 İyul 2026

Nə dincəlməyə, nə də bayram etməyə vaxtımız oldu...

Prezident13 İyul 2026

"O, mənə verdiyi suala görə vəzifəsindən uzaqlaşdırıldı"

Prezident13 İyul 2026

Prezident: Milli ləyaqət hər şeydən üstündür

Gündəm13 İyul 2026

Sərəncam İMZALANDI: Vəzifəsini itirən məmur KİMDİR?

Cəmiyyət13 İyul 2026

Bu vərdiş sizi yavaş-yavaş yoxsullaşdırırmış

Cəmiyyət13 İyul 2026

“İşləməsələr də pul alacaqlar” - Fəhlələrə ŞAD XƏBƏR

Dünya13 İyul 2026

İran ABŞ PUA-sını vurdu

Hadisə13 İyul 2026

Bakıda qadın dənizdə boğuldu

Həmçinin oxu

Elm və təhsil

Gəncədə müəllimlər ayağa qalxdılar: "Xoşqədəm Xudiyevaya istefa!" - VİDEO 

No Comment
1.1K baxış
Baxış bucağı

Ölənə yox, öldürənə acıdıq: bizə nə olub? - Ziyafət Əlisoy yazır...

No Comment
250 baxış
Elm və təhsil

Quba məktəbində maliyyə pozuntuları: Nazirlik niyə susur?

No Comment
684 baxış
Baxış bucağı

52 saylı bağçadan şok iddia: "Yeməkləri evlərinə aparırlar" - VİDEO

No Comment
319 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Sərəncam İMZALANDI: Vəzifəsini itirən məmur KİMDİR?
Şuşadan qaçan Ohanyana ağır zərbə: Göyçə sahilindəki villası söküldü
Elşad Xosedən polisə şikayət olundu
İqtisadiyyat
Qızıl ucuzlaşdı – MƏBLƏĞ
AQC iyun ayı üzrə əmlak bazarında qiymətləri AÇIQLADI
“BP subpodratçılarının əli ilə investisiyalarının həcmini dəfələrlə şişirdib və…” – PREZİDENTƏ MÜRACİƏT

Bölmələr üzrə

Baxış bucağı 804
Cəmiyyət 2129
Dünya 1211
Elm və təhsil 362
Gündəm 1230

Bütün müəllif hüquqları qorunur - 2026