“Biz əvvəldən Azərbaycan və Ermənistanı sülhü bərqərar etməyə təşviq etmişik və bunu davam etdiririk”.
“Xəbərsiz” xəbər verirki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında çıxışı zamanı deyib.
Türkiyə prezidenti Azərbaycan və Ermənistan liderləri arasında avqustun 8-də Vaşinqtonda keçirilən görüşün yekunlarından məmnunluğunu bildirib.
“Bu prosesə verdiyi töhfəyə görə ABŞ prezidenti Donald Trampı, həmçinin hörmətli Azərbaycan prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı bir daha təbrik edirəm”.
Əli Hacı
