Ermənistanla Azərbaycan arasında imzalanmış saziş davamlı sülh üçün real perspektivlər açır.
“Xəbərsiz” xəbər verir ki, bu barədə Avropa Parlamentinin sədri Roberta Mezzola Kopenhagendə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündən sonra özünün X səhifəsində yazıb.
“Kopenhagendə Avropa Siyasi Birliyinin növbəti sammitinə ev sahibliyi edəcək Ermənistanın baş naziri ilə gözəl görüşüm oldu”.
“Mən davamlı sülhə real ümid verən Ermənistan və Azərbaycan arasında imzalanmış sazişi, eləcə də Ermənistanın Avropa ilə əlaqələri gücləndirmək və ümumi dəyərlərimizi: demokratiya, sabitlik və rifahı təşviq etmək öhdəliyini alqışladım”, o yazıb.
Əli Hacı
