“Bizim televiziyanın və verilişimizin özünə uyğun qanunları var. Heç bir müğənni ATV-yə açıq geyimdə gələ bilməz”.
“Xəbərsiz” xəbər verir ki, bu sözləri teleaparıcı Zaur Nəbioğlu deyib.
O, efirə dəvət etdikləri sənət adamlarının geyimlərini əvvəlcədən müəyyən etdiklərini bildirib:
“Rəngarəng səhər” verlişində heç bir müğənnini açıq geyimdə görə bilməzsiniz. Bu əvvəldən belə olub, bu ilin qaydası deyil. Hər efirdən öncə biz layihə rəhbərindən tutmuş bütün əməkdaşlara qədər hər kəsin olduğu iclas edirik və bunları müəyyənləşdiririk”.
Səma Sevyarlı
