Qəzza zolağının yenidən qurulmasına 70 milyard dollara yaxın vəsait tələb olunacaq.
“Xəbərsiz” bildirir ki, bunu Fələstin Xalqına Yardım Proqramı üzrə Administratorun xüsusi nümayəndəsi Jaco Cilliers bildirib.
“BMT, Avropa İttifaqı və Dünya Bankının birgə həyata keçirdiyi RDNA Qəzzanın yenidən qurulması üçün təxminən 70 milyard dollar tələb olunacağını təxmin edir. Təxmini hesablamaq çox çətindir. Məncə, təcili ehtiyacların nədən ibarət olacağını prioritetləşdirməklə başlamaq lazımdır”, – deyə o əlavə edib.
Əli Hacı
