SON DƏQİQƏ! Azərbaycanda yüksək rütbəli şəxs SAXLANILDI
SON DƏQİQƏ: Ermənistanda zəlzələ oldu, Naxçıvanda da hiss olundu
Əli Kərimlinin həbs müddəti uzadıldı
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Sabah Məhərrəm ayı bitir
13 İyul 2026
Sabah 39 dərəcə isti olacaq
13 İyul 2026
Nə dincəlməyə, nə də bayram etməyə vaxtımız oldu…
13 İyul 2026
Əsas/Gündəm/“BP subpodratçılarının əli ilə investisiyalarının həcmini dəfələrlə şişirdib və…” - PREZİDENTƏ MÜRACİƏT
GündəmİqtisadiyyatManşet

“BP subpodratçılarının əli ilə investisiyalarının həcmini dəfələrlə şişirdib və…” - PREZİDENTƏ MÜRACİƏT

Xəbərsiz Media
04 İyul 2026

“Bu şirkət süni yolla Azərbaycan büdcəsindən 10 milyardlarla dollar pul ələ keçirib və ələ keçirməkdə də davam edir…”

“Xəbərsiz” “Təzadlar” qəzeti redaksiyasına təqdim edilmiş bu yazını dövləti maraqlarımızı nəzərə alaraq ixtisarla təqdim edir:

“ Azərbaycan Respubllikasının Prezidenti zat-aliləri cənab İlham Əliyevə!

SURƏTİ: Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevə!

Çox hörmətli cənab Prezident!

Hörmətli Əli müəllim!

Son illər Azərbaycan iqtisadiyyatında bəzi problemlərin olması hamımıza bəllidir. Bu müraciətimdə mən diqqətinizə çatdırmağı özümə borc bilirəm ki, bu problemlərin ən əsas səbəbkarı Azərbaycanda fəaliyyət göstərən bir sıra Qərb şirkətləridir, belə ki, onlar öz şəxsi maraqlarına görə Azərbaycan dövlətinə qarşı bir-sıra ciddi iqtisadi sabotaj fəaliyyəti həyata keçirirlər:

1) Məlum olduğu kimi, Azərbaycanın neft hasilatı son illərdə BP sektorunda 2 dəfəyə yaxın aşağı düşüb. Tam əminliklə demək mümkündür ki, eynən 2010-2012-ci illərdə olduğu kimi bu dəfə də, BP bunu qəsdən edir və buna 2 sübut mövcuddur: Əvvəla, Azərbaycan son 30 ildə nə qədər neft çıxarıbsa (7 milyard barrel), bir o qədər də çıxarıla bilən neft ehtiyatının yer altında qalması rəsmən təsdiq edilib; İkincisi isə, əgər neft yox idisə, niyə görə BP 2017-ci ildə Azərbaycanla olan Neft Müqavilələrini 2049-cu ilə qədər uzadırdı? Ona görə uzadırdı ki, orada neft olduğunu dəqiq bilirdi, lakin o yataqları məşğul etməklə bizim onları bir başqa neft şirkətləri ilə işləməyimizə yol verməmək, bütün Azərbaycan büdcəsini özündən asılı duruma gətirmək məqsədi güdürdü. Bu süni azaltmadan da, əsas plan – Azərbaycanı bir ölkə olaraq müflis vəziyyətə gətirib, onu öz ziyanla işləyən aktivlərini – ələlxüsus, SOCAR-ı dəyər-dəyməz qiymətə BP-yə satmağa vadar vəziyyətdə qoymaqdır;

2) BP (öz subpodratçılarının əli ilə) indiyə qədər Azərbaycana yatırdığı investisiyaların həcmini dəfələrlə şişirtməklə, Azərbaycan büdcəsindən 10 milyardlarla dollar pul aparıb və aparmaqda davam edir. Belə ki, qoyulan sərmayələrin həcmi sonda konsorsium üzvləri arasında bölündüyündən və Azərbaycan da konsorsiumda ən böyük pay sahiblərindən biri olduğundan, xərclərin də ən böyük hissəsi onun payından çıxılır (bilməyənlər üçün deyim ki, BP Azərbaycanda yeganə operator olduğundan, bütün xərcləri də o hesablayır, başqa konsorsium üzvlərinin smeta işinə qarışmağa ixtiyarı yoxdur). Azərbaycan tərəfi bu maxinasiyaları ona görə üzə çıxara bilmir ki, BP-nin mühasibatlığını yoxlamaq üçün təyin etdiyi auditlərin özləri BP ilə 100 ildir dünyanın yüzlərlə ölkəsində 10 minlərlə layihədə tərəf-müqbil olmuş, yəni ondan 100 ildir qanorar alan, başqa sözlə desək, BP ilə affilə olunmuş 2-3 ingilis şirkətidir. Lakin onların əlbir şəkildə Azərbaycanı aldatmalarını, hansısa xarici məhkəmə işlərində təsadüfən Azərbaycanla bağlı üzə çıxmış aşağıdakı epizodları aydın sübut edir və istənilən Süni İntellektə aşağıdakı sorğunu verməklə mənim yazdıqlarımın doğruluğuna hər kəs əmin ola bilər:

“Aşağıdakı mənbələri ətraflı araşdır:

OCCRP: “The Azerbaijan Gas Scandal: How BP Turned a Blind Eye to Corruption in Prize Azerbaijan Gas Project”, 2022; WSJ / E&E News 2016; RFE/RL 2019, 2020 (“The Price of Oil” sənədli filmi; SEC & DOJ: [a] “Panalpina World Transport” və “Tidewater Marine” FCPA Hökm və Müqavilələri, 2010; [b] “SAP SE” Sanksiya və Razılaşma Qərarları (Foreign Corrupt Practices Act – FCPA Enforcement), 2024; SFO – Bertling Ltd. və Jasmine Project (2017–2018); AMEC Services Limited (NHMT/OWRPO hesabatı, 2016);_

Bu mənbələr əsasında BP-nin Azərbaycanda həyata keçirdiyi aşağıdakı maliyyə maxinasiyaları barədə ətraflı məlumat ver: Double dipping; Ghost workers; Gold-plating; Overbilling; Kickbacks; inflated contracts; Markup abuse; shell companies; Cost recovery abuse; Procurement fraud; Padded contracts; Nepotism; Misallocation of funds; Transfer pricing manipulation; Consultancy fees abuse”.

***

İstənilən süni intellekt bu sorğuya cavab olaraq BP-nin indiyə qədər hansı layihədə hansı yataqda nələri bəhanə edərək Azərbaycan büdcəsindən on milyardlarla pul oğurlamasını bir-bir sadalayacaq. Bundan sonra bunları üzə çıxarmalı olan həmin ingilis auditlərinə sual verin: Bəs siz niyə bunları üzə çıxarmamısınız indiyə kimi?

Hörmətli cənab Prezident,

Azərbaycan xalqı Sizi çox sevir. Özünü bizə dost göstərən, əslində isə öz şəxsi maraqlarını güdən bir sıra xarici dövlətlər, xalqı süni şəkildə narazı salaraq, hər cür oyunlara əl atırlar. Özünüzü bizim üçün qoruyun!

Dərin hörmət hissi ilə: Rafiq Hüseynov, BP- nin sabiq mühəndisi”.

Təqdim etdi: “Təzadlar”ın Araşdırma Qrupu

P.S.Qarşı tərəfin əsaslandırılmış mövqeyi olarsa, təqdim etməyə hazırıq.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Cəmiyyət13 İyul 2026

Sabah Məhərrəm ayı bitir

Cəmiyyət13 İyul 2026

Sabah 39 dərəcə isti olacaq

Prezident13 İyul 2026

Nə dincəlməyə, nə də bayram etməyə vaxtımız oldu...

Prezident13 İyul 2026

"O, mənə verdiyi suala görə vəzifəsindən uzaqlaşdırıldı"

Prezident13 İyul 2026

Prezident: Milli ləyaqət hər şeydən üstündür

Gündəm13 İyul 2026

Sərəncam İMZALANDI: Vəzifəsini itirən məmur KİMDİR?

Cəmiyyət13 İyul 2026

Bu vərdiş sizi yavaş-yavaş yoxsullaşdırırmış

Cəmiyyət13 İyul 2026

“İşləməsələr də pul alacaqlar” - Fəhlələrə ŞAD XƏBƏR

Dünya13 İyul 2026

İran ABŞ PUA-sını vurdu

Hadisə13 İyul 2026

Bakıda qadın dənizdə boğuldu

Həmçinin oxu

Gündəm

Sərəncam İMZALANDI: Vəzifəsini itirən məmur KİMDİR?

No Comment
146 baxış
Elm və təhsil

Zeynəb adını tarixə yazdıran ilk azərbaycanlı qız oldu

No Comment
249 baxış
Manşet

Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət...

No Comment
21 baxış
Gündəm

Şuşadan qaçan Ohanyana ağır zərbə: Göyçə sahilindəki villası söküldü

No Comment
1.1K baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Sərəncam İMZALANDI: Vəzifəsini itirən məmur KİMDİR?
Şuşadan qaçan Ohanyana ağır zərbə: Göyçə sahilindəki villası söküldü
Elşad Xosedən polisə şikayət olundu
İqtisadiyyat
Qızıl ucuzlaşdı – MƏBLƏĞ
AQC iyun ayı üzrə əmlak bazarında qiymətləri AÇIQLADI
“BP subpodratçılarının əli ilə investisiyalarının həcmini dəfələrlə şişirdib və…” – PREZİDENTƏ MÜRACİƏT

Bölmələr üzrə

Baxış bucağı 804
Cəmiyyət 2129
Dünya 1211
Elm və təhsil 362
Gündəm 1230

Bütün müəllif hüquqları qorunur - 2026