“Arzum” məhkəmə zalından HƏBS EDİLDİ
İsrail Türkiyəyə doğru iki qırıcı göndərdi – TƏCİLİ
SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Paşinyana dekabra qədər vaxt verildi: Ya referendum, ya da…
11 Avqust 2026
Toya hazırlaşanlara vacib xəbər: 10 faiz artım var
11 Avqust 2026
Bəşər Əsəd edam cəzasına məhkum edildi
11 Avqust 2026
Əsas/Cəmiyyət/“Bu ailələrə uşaqpulu, azı 4 uşağı olanlara isə…”
Cəmiyyət

“Bu ailələrə uşaqpulu, azı 4 uşağı olanlara isə…”

Xəbərsiz Media
22 İyul 2026

Azərbaycanda doğum göstəricilərində azalma müşahidə olunur. Rəsmi statistikaya əsasən, 2026-cı ilin ilk beş ayında ölkədə 34 056 körpə dünyaya gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 780 nəfər azdır. Demoqrafik göstəricilərdəki bu dəyişiklik cəmiyyət üçün mühüm suallar yaradır.

Doğum sayının azalmasının ölkə üçün hansı sosial və iqtisadi fəsadları ola bilər?

“Xəbərsiz” xəbər verir ki, Globalinfo.az-a danışan AĞ Partiya sədri Tural Abbaslı bir sıra demoqrafik göstəricilər – doğum sayının azalması, nikahların pozulması, gənclərin ailə qurma yaşının yüksəlməsi və ailələrdə uşaq sayının azalması dövlətin demoqrafik təhlükəsizliyi üçün ciddi təhdid yaratdığını bildirib.

“Ümumiyyətlə, bu məsələyə yalnız əhali artımı prizmasından yanaşmaq düzgün deyil. Burada həm iqtisadi, həm sosial, həm də birbaşa dövlət təhlükəsizliyi ilə bağlı məqamlar var. Bir dövlətin mövcudluğunu davam etdirməsi və inkişafı üçün əhalisi artmalı, yeni ailələr qurulmalı, dünyaya uşaqlar gəlməlidir. Dövlət də bu prosesi təşviq etməlidir. Dünyanın bütün normal dövlətləri – istər böyük, istərsə də kiçik ölkələr bu məsələyə ciddi yanaşır. Əhali artımının təmin edilməsi, ailə institutunun möhkəmləndirilməsi və sağlam cəmiyyətin formalaşdırılması üçün müxtəlif dövlət proqramları həyata keçirilir. Gənc ailələrin dəstəklənməsi, doğumun stimullaşdırılması, boşanmaların azaldılması istiqamətində psixoloji dəstəkdən tutmuş sosial və iqtisadi təşviqlərə qədər müxtəlif mexanizmlər tətbiq olunur. Ona görə də dövlət bu məsələyə sadəcə ailənin şəxsi işi kimi yanaşmamalıdır”, – o qeyd edib.

T.Abbaslının fikrincə, bəzi dövlət məmurlarının və ya ictimai xadimlərin səsləndirdiyi “baxa bilmirsənsə, uşaq dünyaya gətirmə” fikri çox bəsit və yanlış yanaşmadır:

“Uşağın dünyaya gəlməsi təkcə ailənin deyil, həm də dövlətin, onun gələcəyinin və təhlükəsizliyinin məsələsidir. Biz AĞ Partiya olaraq bu istiqamətdə dəfələrlə müxtəlif təkliflərlə çıxış etmişik. Məsələn, uşaqpulunun bərpasının tərəfdarıyıq. Eyni zamanda hesab edirik ki, çoxuşaqlı ailə anlayışı yenidən nəzərdən keçirilməlidir. Hazırda bu status beş və daha çox uşağı olan ailələrə şamil edilir. Biz isə bunun üç və daha çox uşağı olan ailələrə də aid edilməsini təklif edirik. Bundan əlavə, dörd və daha çox uşağı olan ailələrin dövlət tərəfindən mənzillə təmin olunmasını, uşaqların müəyyən yaşa qədər qidalanma və geyim xərclərinin dövlət tərəfindən qarşılanmasını məqsədəuyğun hesab edirik. Belə addımlar ailələri daha çox uşaq sahibi olmağa həvəsləndirə bilər”.

Tural Abbaslı deyib ki, lazımi tədbirlər görülməsə və doğum göstəriciləri əhalinin özünü bərpa etməsi üçün tələb olunan həddən aşağı düşərsə, geri dönüşü çox çətin olan demoqrafik proseslər başlaya bilər:

“Bu, yalnız dövlət üçün deyil, ümumilikdə xalqımızın gələcəyi üçün ciddi risk yaradar. Bunlar heç də mif və ya fərziyyə deyil. Demoqrafik risklər statistik göstəricilər və elmi araşdırmalarla təsdiqlənmiş reallıqlardır. Ona görə də dövlət bu problemə ciddi yanaşmalı, qanunvericilik səviyyəsində və stimullaşdırıcı mexanizmlərlə bağlı qərarlar qəbul etməlidir. Demoqrafik siyasəti yalnız ailələrin öhdəsinə buraxmaq olmaz. Dövlət bu prosesdə fəal iştirak etməlidir”.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Dünya11 Avqust 2026

Paşinyana dekabra qədər vaxt verildi: Ya referendum, ya da...

Cəmiyyət11 Avqust 2026

Toya hazırlaşanlara vacib xəbər: 10 faiz artım var

Dünya11 Avqust 2026

Bəşər Əsəd edam cəzasına məhkum edildi 

Mədəniyyət10 Avqust 2026

“Ənənəvi Sənətdən Süni İntellektə”: Sumqayıtda gənc istedadların rəsm sərgisi baş tutub

Dünya10 Avqust 2026

Pezeşkian Xamenei ilə görüşündən danışdı: 7 saat...

Dünya10 Avqust 2026

Vuçiçdən qorxulu mesaj: Dünya böyük müharibə ərəfəsindədir

Cəmiyyət10 Avqust 2026

Azərbaycanda orta aylıq əməkhaqqı artdı

Cəmiyyət10 Avqust 2026

Hansı hallarda maaşınız 400 manatdan az ola bilər?

Elm və təhsil10 Avqust 2026

Tibb Universitetində təhsil haqları aşağı salındı - 1500 manat...

Media09 Avqust 2026

BTV-də yeni təyinat: Asim Abdullayev baş redaktor müavini oldu

Həmçinin oxu

Cəmiyyət

Toya hazırlaşanlara vacib xəbər: 10 faiz artım var

No Comment
13 baxış
Cəmiyyət

Azərbaycanda orta aylıq əməkhaqqı artdı

No Comment
14 baxış
Cəmiyyət

Hansı hallarda maaşınız 400 manatdan az ola bilər?

No Comment
14 baxış
Cəmiyyət

“Yay Fest 2026”da müasir şəhərlər və texnologiyalar mövzusu müzakirə olunub

No Comment
99 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
SOCAR-da kütləvi ixtisarlar gedir? – RƏSMİ
Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu
Azərbaycanın iki şəhərinə metro çəkiləcək – Tarix açıqlandı
İqtisadiyyat
AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
Azərbaycan əhalisinin sayı artdı

Bölmələr üzrə

Baxış bucağı 808
Cəmiyyət 2190
Dünya 1262
Elm və təhsil 377
Gündəm 1271

Bütün müəllif hüquqları qorunur - 2026