BMT Təhlükəsizlik Şurasının islahatının vaxtı çoxdan keçib, lakin bunun bir gecədə baş tutması çətindir.
“Xəbərsiz” bildirir ki, bunu BMT Baş Assambleyasının 80-ci sessiyasının prezidenti Annalena Berbok “Politico” nəşrinə müsahibəsində deyib.
Almaniyanın keçmiş xarici işlər nazirinin fikrincə, bu istiqamətdə irəliləyiş daha çox şəffaflıq və vetolara dair izahat tələbləri yolu ilə addım-addım olmalıdır.
Burbok həmçinin hesab edir ki, təşkilata artan maliyyə təzyiqini”nəzərə alaraq, BMT-nin fəaliyyətinin əsas istiqamətləri daha dəqiq müəyyən edilməlidir. Onların arasında o, blokadaların aşılmasını, məsələn, agentliklərin birləşməsi, sahə işçilərinin sayının artırılması və süni intellektdən istifadə yolu ilə təşkilatın effektivliyinin artırılmasını qeyd edib.
Əli Hacı
