Sentyabrın 28-i saat 17 radələrində Buzovna qəsəbəsində baş vermiş ağır yol qəzasının görüntüləri yayılıb.
“Xəbərsiz” xəbər verir ki, görüntülərdə 1990-cı il təvəllüdlü Aydın Gülağa oğlu Nəcəfovun idarə etdiyi “BMW” markalı avtomobilin idarəetmədən çıxaraq daş hasara çırpılması əks olunub.
Belə ki, sürətlə hərəkətdə olan avtomobil manevr edərkən sürücü nəzarəti itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq səkiyə doğru istiqamətlənib.
Ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən A.Nəcəfov gecə saatlarında vəfat edib.
Qeyd edək ki, hadisə ilə bağlı Xəzər RPİ-də cinayət işi başlanıb, araşdırmalar aparılır.
Görüntüləri təqdim edirik:
