Cəlilabad Rayon Polis Şöbəsinin akt zalında Cəlilabad rayon ümumtəhsil müəssisələrində neqativ halların qarşısının alınması və şagirdlər arasında nizam-intizamın möhkəmləndirilməsi məqsədilə tədbir təşkil olunub.
“Xəbərsiz” xəbər verir ki, tədbirdə Rayon Polis Şöbəsinin rəisi Polad Qarayev, RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Varid Əsgərov, rayon təhsil sektorunun nümayəndəsi Ramiz Quliyev, hüquq-mühafizə orqanlarının əməkdaşları və ümumtəhsil müəssisələrinin direktorları iştirak ediblər.
Tədbirdə çıxış edən Rayon Polis Şöbəsinin rəisi Polad Qarayev məktəblərdə təhlükəsizliyin təmin olunması, qanun pozuntularının qarşısının alınması və şagirdlərin nizam-intizamının möhkəmləndirilməsi istiqamətində aparılan tədbirlərdən danışıb. O, ümumtəhsil müəssisələri ilə polis əməkdaşları arasında sıx əməkdaşlığın, həmçinin şagirdlər üçün sağlam və təhlükəsiz sosial mühitin yaradılmasının zəruriliyini vurğulayıb. Həmçinin qanunvericilik normalarına riayət etməyin vacibliyini, məktəblərdə intizam pozuntularının hüquqi nəticələrini və valideynlərin məsuliyyətini qeyd edərək maarifləndirmə işlərinin əhəmiyyətindən bəhs edib və qarşıda duran əsas vəzifələrə toxunub.
Tədbir şagirdlərin nizam-intizamının möhkəmləndirilməsi, məktəblərdə təhlükəsiz və məsuliyyətli təhsil mühitinin təmin olunması baxımından maarifləndirici əhəmiyyət kəsb edib.
Xəbərsiz



