Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə paylandığı iddia edilən qurban ətlərinin keyfiyyətsiz olması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər ictimai narazılığa səbəb olub.
“Xəbərsiz” bildiri ki, yayılan videogörüntülərdə bəzi vətəndaşlar təqdim edilən ətlərin iyli, xarab vəziyyətdə və qurd basmış olduğunu iddia ediblər.
Sözügedən paylaşımlar qısa müddətdə geniş müzakirələrə yol açıb və sosial media istifadəçiləri tərəfindən sərt reaksiyalarla qarşılanıb.
Məsələ ilə bağlı hələlik rəsmi qurum tərəfindən açıqlama verilməyib. Sosial şəbəkələrdə isə hadisənin araşdırılması və iddialara aydınlıq gətirilməsi tələb olunur.
Sözügedən videonu təqdim edirik:





