Çin hakimiyyəti Aİ-nin Çinin maraqlarını pozan və qlobal enerji təhlükəsizliyinə xələl gətirən 19-cu anti-Rusiya sanksiyalar paketi ilə əlaqədar cavab tədbirləri görəcək.
“Xəbərsiz” xəbər verir ki, bunu Çin Ticarət Nazirliyi bildirib.
“Aİ-nin hərəkətləri Çin və Avropa liderləri arasında əldə olunan konsensus ruhuna ziddir, Çin və Avropa İttifaqı arasında ticarət-iqtisadi əməkdaşlıqda ümumi vəziyyətə ciddi ziyan vurur və qlobal enerji təhlükəsizliyinə zərbə vurur. Çin tələb olunan tədbirləri görəcək, milli şirkətlərin qanuni hüquq və maraqlarını qətiyyətlə qoruyacaq, enerji təhlükəsizliyi və iqtisadi inkişafının tərəfdarı olacaq”, – deyə nazirlik əlavə edib.
Nazirlik qeyd edib ki, Brüssel inadla Moskvaya qarşı sanksiyaların sərtləşdirilməsi siyasətini davam etdirir və bu məhdudiyyətlər artıq Çinin iri neft emalı zavodlarına və enerji resursları treyderlərinə təsir edib. Çin kəskin narazılığını və qəti etirazını ifadə edir. Ardıcıl olaraq beynəlxalq hüquqda hüquqi əsası olmayan və BMT tərəfindən təsdiqlənməmiş birtərəfli sanksiyalara qarşı çıxır.
Əli Hacı
