ÇİN-in ümumi daxili məhsulu (ÜDM) 2025-ci ilin ilk üç rübündə illik müqayisədə 5,2 faiz, üçüncü rübdə isə 4,8 faiz artım göstərib.
“Xəbərsiz” xəbər verir ki, məlumatı bazar ertəsi Milli Statistika Bürosu (NBS) yayıb.
Çinin sənaye sektoru bu ilin ilk üç rübündə artım tempini qoruyub və keyfiyyətin davamlı yüksəlişini müşahidə edib. Sənaye məhsulunun dəyəri yanvar-sentyabr aylarında illik müqayisədə 6,2 faiz artıb. Təkcə sentyabr ayında sənaye istehsalı avqustda qeydə alınan 5,2 faiz artımdan sürətlənərək 6,5 faiz artıb.
Bu göstərici hər birinin illik biznes dövriyyəsi ən azı 20 milyon yuan (təxminən 2,82 milyon dollar) olan iri müəssisələrin fəaliyyətini ölçür. Məlumatlar göstərdi ki, emal sektorunun istehsal dəyəri keçən ay illik müqayisədə 7,3 faiz, mədənçıxarma isə 6,4 faiz artıb. Elektrik, istilik, qaz və su təchizatı sektorunda 0,6 faiz artım qeydə alınıb.
İslam İman
