Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiaku bildirib ki, Çin Rusiya və Hindistanla əməkdaşlığın gücləndirilməsinin hər üç ölkənin maraqlarına xidmət etdiyinə və qlobal təhlükəsizliyə töhfə verdiyinə inanır.
“Xəbərsiz” xəbər verir ki, diplomat qeyd edib ki, Rusiya və Hindistan böyük inkişaf etməkdə olan iqtisadiyyatlar və Qlobal Cənubun mühüm dövlətləridir və sabit əlaqələrin qorunması dünyada sülh və firavanlığa xidmət edir.
Quo Jiaku TASS-a açıqlamasında deyib: “Çin Hindistan tərəfi ilə münasibətlərə strateji və uzunmüddətli nöqteyi-nəzərdən baxaraq, onların davamlı, sağlam və sabit inkişafına kömək etmək üçün işləməyə hazırdır”.
Qeyd edək ki, daha əvvəl Fransanın France 5 telekanalı Rusiya Prezidenti Vladimir Putinin Hindistana səfərinin ölkənin təcrid olunmadığını göstərdiyini vurğulamışdı.
Xəbərsiz

















