İslandiyanın ictimai yayım şirkəti RUV, Avropa Yayım Birliyinin (EBU) İsrailə “yaşıl işıq” yandırmasına etiraz olaraq “Avroviziya-2026” Mahnı Müsabiqəsini boykot edəcəyini açıqlayıb.
“Xəbərsiz” xəbər verir ki, RUV İdarə Heyətinin qərarının açıqlanmasından dərhal sonra baş direktor Stefan Eiriksson, mövcud şəraitdə Avroviziyanın sülh və sevinci əks etdirmədiyini bildirərək, “Bu şərtlər altında müsabiqədə iştirak etmək mümkün deyil. Vəziyyət belə davam edərsə, geri çəkiləcəyik”, – deyib.
Qeyd edək ki, EBU-nun dekabrın 4-də Cenevrədə keçirilən 95-ci Baş Assambleyasında İsrailin müsabiqədə iştirakının səsvermə olmadan qəbul edilməsi Avropada tənqidlərə səbəb olub. Qərardan sonra İspaniya, Hollandiya, Sloveniya, İrlandiya və Belçikanın ictimai televiziya kanalları etiraz əlaməti olaraq müsabiqədən çıxmaq qərarına gəliblər.

















