Böyük Britaniyanın baş naziri Keir Starmer və Ukrayna Prezidenti Vladimir Zelenski Dauninq-Strit qapısına yaxınlaşanda iqamətgahın məşhur pişiyi Larri qaçıb.
“Xəbərsiz” xəbər verir ki, The Times yayımladığı videoda Larriyi qapıda oturaraq içəri buraxılmasını gözləyən şəkildə göstərib, lakin liderlər yaxınlaşan kimi pişik qaçıb.
“The Guardian”ın fotolarında Zelenskinin Larriyə işarə edərək Starmerə nəsə dediyi görünür. Qəzet yazır: “Görünür, Larri bugünkü danışıqlara qatılmaq istəyir, lakin onu əsəbiləşdirən o, hələlik qapıdan kənarda qalıb”.
Qeyd edək ki, Zelenski Londona gəlib və burada onu Ukraynanın Britaniyadakı səfiri Valeri Zalujnı qarşılamışdı.
Xəbərsiz

















