David Beckham yeni biznez yaratmaqda davam edir.
“Xəbərsiz”in Xarici KİV-ə istinadən məlumatına görə, onun şirkəti DRJB Holdings 73,4 milyon funt sterlinq böyük gəlir əldə edib.
Şirkətin gəliri əvvəlki illə müqayisədə 1% artıb. Mənfəət BOSS, AliExpress və SharkNinja fritöz markaları ilə əməkdaşlıq sayəsində əldə edilib.
Bekhem eyni zamanda bir porsiyada 92 vitamin və qida ehtiva edən IM8-in həmtəsisçisidir.
Şirkətin ümumi dividendləri maliyyə dövrü başa çatdıqdan sonra səhmdarlara paylanmalar da daxil olmaqla 58,5 milyon funt sterlinq təşkil edib.
Mənbələr qeyd edir ki, keçmiş futbolçu nəinki reklam kampaniyaları üçün axtarılan sima olaraq qalır, həm də mahir iş adamına çevrilib.
Əli Hacı
