“Donald Tramp” ləqəbli albinos camış sosial media ulduzuna çevrilib
Banqladeşdə nadir albinos camış sosial mediada viral olub. ABŞ prezidentinə bənzədiyi üçün heyvana “Donald Tramp” ləqəbi verilib.
“Xəbərsiz” bildirir ki, təxminən 700 kiloqram çəkisi olan camışla şəkil çəkdirmək üçün insanlar fermaya axın edir.
Ferma sahibi bildirib ki, heyvanın alnındakı açıq rəngli tüklər Donald Trampın saç düzümünü xatırladır. Camışın gündə dörd dəfə çimizdirildiyi və xüsusi qulluq gördüyü qeyd olunub.
Albinos camışların ölkədə çox nadir olduğu bildirilir. Ferma sahibi heyvanın artıq Qurban bayramında kəsilməsi üçün satıldığını açıqlayıb.






