Ukraynanın pilotsuz uçan aparatları (PUA) Krım Respublikasında bir neçə elektrik yarımstansiyasını zədələyib.
“Xəbərsiz” xəbər verir ki, bu barədə Sergey Aksyonov məlumat yayıb.
“PUA-ların hücumu nəticəsində Krım Respublikasında bir neçə elektrik yarımstansiyası zədələnib. Təmir işləri aparılır”, – o, “Telegram” kanalında yazıb.
Region rəhbəri qeyd edib ki, təmirin başa çatdırılması və enerji təchizatının bərpası ilə bağlı əlavə məlumat daha sonra Krım hökumətinin rəsmi informasiya resurslarında veriləcək.
Aksyonov hamını sakit olmağa və yalnız rəsmi məlumat mənbələrinə etibar etməyə çağırıb.
İslam İman
