Dünyanın ən çox silaha sahib 10 ölkəsi - SİYAHI
ABŞ-İsrail-İran müharibəsi dunyanın diqqətini ölkələrin silah ehtiyatına yönəldib.
“Xəbərsiz” xəbər verir ki, dünyanın ən çox silah ehtiyatına malik olan 10 ölkəsinin adı açıqlanıb. Məlum olub ki, silah anbarları ağzına kimi dolu olan ölkələrin siyahısına ABŞ başçılıq edir. Bu ölkənin anbarlarında 393,3 milyon ədəd silah var.
İkinci sırada Hindistan, üçüncü yerdə Çin gəlir. Hindistanda 71,1 milyon, Çində isə 49,3 milyon silah var.
Pakistan dünyada ən çox silah ehtiyatına malik olan dördüncü ölkədir. Pakistan 43,9 milyon ədəd silaha malikdir.
İlk beşlik Rusiya ilə tamamlanır. Rusiyanın 17,6 milyon ədəd silahı var. Rusiya-Ukrayna müharibəsindən əvvəl bu statistika tamamilə fərqli olub.
Siyahıda altıncı yerdə 17,5 milyon ədəd silahla Braziliya, yeddinci sırada isə 16,8 milyon ədəd silahla Meksika gəlir.
Almaniya səkkizinci, Yəmən isə doqquzuncu yerdədir. Almaniyanın 15,8, Yəmənin isə 14,9 milyon ədəd silahı var.
Türkiyə dünyada ən çox silah ehtiyatına malik olan ölkələrin siyahısında 10-cu yerdə qərarlaşıb. Türkiyənin 13,2 milyon ədəd silahı var.





