Oktyabr 27, 2025
  • Haqqımızda
  • Əlaqə
  • Media Kodeksi
Baku +16° broken clouds
Xebersiz.Media
Advertisement
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Elm və təhsil
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Özəl
    • Prezident
    • Reportaj
    • Sağlamlıq
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Elm və təhsil
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Özəl
    • Prezident
    • Reportaj
    • Sağlamlıq
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
Xebersiz.Media
No Result
View All Result
Rusiyada 11 azərbaycanlı sürücü həbs edildi•SON DƏQİQƏ! Ramiz Quliyev vəfat etdi•Sənan Mehdiyevə hökm oxundu•Nobel sülh mükafatı sülh üçün heç nə etməyən insanlara verilib•Putin AZAL təyyarəsinin qəzasından danışıb: Biz Əliyevlə razılaşdıq…
Rusiyada 11 azərbaycanlı sürücü həbs edildi•SON DƏQİQƏ! Ramiz Quliyev vəfat etdi•Sənan Mehdiyevə hökm oxundu•Nobel sülh mükafatı sülh üçün heç nə etməyən insanlara verilib•Putin AZAL təyyarəsinin qəzasından danışıb: Biz Əliyevlə razılaşdıq…
Ana Səhifə Manşet

"Düşənbə görüşü dönüş nöqtəsi oldu" - DEPUTAT

Ziyafət Əlisoy Ziyafət Əlisoy
Oktyabr 10, 2025
Manşet, Özəl
A A

Azərbaycan və Rusiya arasında uzun illərdir formalaşmış strateji əməkdaşlıq münasibətləri son zamanlar bir sıra gərginliklərlə müşahidə olunsa da, Düşənbədə baş tutan İlham Əliyev – Vladimir Putin görüşü iki ölkə arasında münasibətlərin tənzimlənməsi baxımından mühüm addım kimi qiymətləndirilir.

Bu barədə Milli Məclisin deputatı Vüqar İsgəndərov “Xəbərsiz”ə açıqlamasında bildirib ki, Azərbaycan – Rusiya əlaqələri tarixi və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanır.

“Bəli, zaman-zaman münasibətlərdə eniş-yoxuşlar olub. Xüsusilə 2024-cü ilin 25 dekabrında AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya səmasında vurulması, Aktauda qəzaya uğraması və insanların həlak olması münasibətləri ciddi şəkildə gərginləşdirdi. Bu hadisə iki ölkə arasında etimad mühitini zədələdi”, – deyə deputat qeyd edib.

Vüqar İsgəndərovun sözlərinə görə, həmin dövrdə Rusiya siyasi texnoloqları, deputatları və bir sıra media qurumlarının Azərbaycan əleyhinə ritorikası vəziyyəti daha da gərginləşdirmişdi. Lakin Prezident İlham Əliyevin prinsipial və qətiyyətli mövqeyi nəticəsində Azərbaycan milli maraqlarını yüksək səviyyədə qorumağa nail olub.

“Azərbaycan tərəfi Rusiyadan üzr istəməsini, məsul şəxslərin cəzalandırılmasını və kompensasiyanın ödənilməsini tələb etdi. Təəssüf ki, Rusiya əvvəlcə bu tələblərə adekvat reaksiya vermədi, əksinə, bəzi hallarda aqressiv münasibət nümayiş etdirdi. Lakin dövlətlərarası münasibətlər emosiyalarla yox, siyasi rasionalizm və dövlətçilik prinsipləri ilə idarə olunur”, – deyə plenari bildirib.

Vüqar İgəndərov əlavə edib ki, gərginliyə baxmayaraq, iki ölkə arasında iqtisadi və ticarət əlaqələri dayanmadı, əksinə, ticarət dövriyyəsi artmağa başladı.

“Bu onu göstərirdi ki, əsas ümid dövlət başçılarının siyasi iradəsinə idi. Düşənbədə baş tutan İlham Əliyev–Vladimir Putin görüşü də məhz bu baxımdan dönüş nöqtəsi oldu. Görüşdə AZAL təyyarəsi ilə bağlı məsələ əsas mövzu kimi müzakirə olundu. Rusiya prezidenti üzr istədi, istintaqın davam etdiyini, məsul şəxslərin cəzalandırılacağını və kompensasiyanın ödəniləcəyini bildirdi,” – İdeyə o vurğulayıb.

Onun sözlərinə görə, Vladimir Putin görüş zamanı iki ölkə arasındakı müttəfiqlik münasibətlərinin qorunacağını, qarşılıqlı əməkdaşlığın inkişaf etdiriləcəyini də bəyan edib.

“Cənab Prezident İlham Əliyev də öz növbəsində Azərbaycanın milli maraqlarının hər zaman prioritet olduğunu və dostluq münasibətlərinin yalnız qarşılıqlı hörmət və bərabərlik prinsipləri üzərində qurula biləcəyini qeyd etdi. Görüşün nəticələri həm Azərbaycanda, həm də Rusiyada müsbət qarşılandı”.

Sonda Vüqar İsgəndərov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev müstəqil, milli maraqlara əsaslanan siyasət yürüdür. Azərbaycan xalqının maraqları hər şeydən üstündür. Düşənbə görüşü isə iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində mühüm siyasi mesaj oldu.

Ziyafət Əlisoy

Populyar xəbərlər
logo
Xəbərsiz.media müstəqil xəbər portalıdır. Burada siz ölkə və dünyada baş verən ən vacib hadisələri, siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdəki yenilikləri obyektiv və operativ şəkildə izləyə bilərsiniz. Gündəmdən “XəbərSiz” qalmamaq, xəbərin nəbzini tutmaq üçün bizi izləyin.

Məlumatlar


Təsisçi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Baş Redaktor: Əliyev Ziyafət Fəxrəddin oğlu
Domain sahibi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Tel: 070 203-50-80
E-mail: xebersizmedia@gmail.com
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78V
VÖEN:8304373232

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Elm və təhsil
  • Gündəm
  • Hadisə
  • Hava
  • Hərbi
  • İdman
  • İqtisadiyyat
  • Manşet
  • Maqazin
  • Maraqlı
  • Media
  • Milli Məclis
  • Mədəniyyət
  • Özəl
  • Prezident
  • Sağlamlıq
  • Siyasət
  • Son Dəqiqə
  • Texnologiya
  • Təhlil

Bütün hüquqları qorunur. Xebersiz Media - © 2025

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Elm və təhsil
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Özəl
    • Prezident
    • Reportaj
    • Sağlamlıq
    • Texnologiya
    • Təhlil

Bütün hüquqları qorunur. Xebersiz Media - © 2025

Bakı +16° broken clouds