Həm Rusiya prezidenti Vladimir Putin, həm də Ukrayna prezidenti Vladimir Zelenski Rusiya – Ukrayna münaqişəsinə son qoymaq istəyir.
“Xəbərsiz” bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
O əlavə edib ki, təfərrüatlara varmadan atəşkəs mümkündür. Sələfi Co Baydenin Kiyev rejiminə yardım üçün 350 milyard dollar xərclədiyinə işarə edən ABŞ lideri “Bu, amansız müharibədir. Həqiqətən bizə təsir etmir. Biz onlara avadanlıq satırıq. Biz NATO-ya avadanlıq satırıq, NATO isə onu Ukraynaya verir, amma biz artıq heç nə ödəmirik” deyə bildirib.
“Müharibə heç vaxt baş verməzdi, əgər mən prezident olsaydım, heç vaxt, hətta bir milyon il belə olmazdı”, – deyə Tramp bildirib.
Əli Hacı
