Müğənni Elşad Qarayevin qızı Həcər müğənniliyə başlayıb.
“Xəbərsiz” xəbər verir ki, o, bu barədə “Xəzər axşamı” verilişində danışıb.
Həcər mahnılarının özünün yazdığını bildirib:
“Biləndə ki səhnəyə çıxacam, oxumağa başlayacam, başladım mahnılar yazmağa. 2 ay ərzində mahnılarımı yazdım. İndi yenə də birini yazıram. O mənə gəlir. Mən oturub yaza bilmirəm. Əvvəl musiqisi gəlir, sonra da on uyğun sözləri yazıram”.
“Mənim məktəbim atamdır. Gözümü açandan onu görmüşəm. Amma musiqi təhsili də almaq da istəyirəm”.
Səma Sevyarlı
