“Bir müğənni var, mənim mahnılarımdan özünə “silsilə” düzəldib. Nə vaxt səhifəsini açırsan, hamısı mənim mahnımdır”.
“Xəbərsiz” xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova “Rəngarəng səhər” verilişində deyib.
Sənətçi ona qarşı olunan diqqətsizliyə susmayıb:
“O gün el məclislərindən birinə getdim, gördüm ki, həmin xanım da oradadır. Elə bildim oxuduğu mahnılarıma xatir nəsə tərpənəcək, heç bir reaksiya vermədi. Yanında da bir oturacaq var idi, mənə deyir “buyurun, əyləşin”. Baxdım, heç nə demədim. Söz tapa bilmədim deyəm”.
Səma Sevyarlı
