Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Beynəlxalq Sıfır Tullantı Forumu çərçivəsində keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Sıfır Tullantı Məsləhət Şurasının 4-cü Rəsmi Toplantısı ilə bağlı paylaşım edib.
“Xəbərsiz” bildirir ki, Əminə Ərdoğan bu sözləri deyib:
“Birləşmiş Millətlər Təşkilatının Sıfır Tullantı Məsləhət Şurası olaraq bu günə qədər qarşıya qoyduğumuz hədəflərə çatmaqla güclənən yolumuza davam edirik. İnanırıq ki, dünyanın yükünü yüngülləşdirən hər addım maariflənmədən başlayır. Bu ümumi işə töhfə verən bütün idarə heyəti üzvlərimizə ürəkdən təşəkkür edirəm”.
Səma Sevyarlı
