Emin Əmrullayev ƏMR İMZALADI
Əmrə əsasən, Mirzə Mirzəyev BDU-nun maliyyə-təsərrüfat işləri üzrə prorektor vəzifəsinə gətirilib. O, son təyinatadək BDU rektorunun maliyyə və inzibati məsələlər üzrə müşaviri vəzifəsində çalışıb.
Qeyd edək ki, bundan əvvəl həmin vəzifədə Nəbi Ramazanlı işləyib. O, bir müddət əvvəl tutduğu postdan azad edilib.
Xatırladaq ki, Mirzə Rəşid oğlu Mirzəyev 29 avqust 1965-ci ildə Bakı şəhərində anadan olub.
1983-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə-statistika fakültəsinə daxil olub.
1984-1986-ci illərdə hərbi xidmət keçib. //Ölkə.az





