Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Taninin iştirakı ilə müxtəlif sahələrdə sazişlər və Yüksək Strateji Komitənin 11-ci Toplantısının Birgə Bəyannaməsi imzalanıb.
“Xəbərsiz” bildirir ki, Əmirliklər Şurasında təkbətək və heyətlərarası görüşlərdən sonra prezident Ərdoğan və Qətər Əmiri Şeyx Al Taninin sədrliyi ilə Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin 11-ci Toplantısı keçirilib.
Görüşdən sonra Ərdoğan və Əl Taninin iştirakı ilə iki ölkə arasında müqavilələrin imzalanma mərasimi baş tutub.
“Türkiyə Respublikası ilə Qətər Dövləti arasında Ali Strateji Komitənin XI Toplantısına dair Birgə Bəyannamə”ni xarici işlər naziri Hakan Fidan və Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani imzalayıblar.
“Strategiya və Büdcə Rəisliyi ilə Qətər Dövləti Hökuməti arasında Strateji İnkişaf Planlamasının Müxtəlif Sahələrində Əməkdaşlıq və Təcrübə Paylaşımı üzrə Anlaşma Memorandumu”nu xəzinə və maliyyə naziri Mehmet Şimşək, ticarət naziri Ömər Bolat və Qətər Milli Planlaşdırma Şurasının baş katibi Nasər Əbdüləziz Əl-Xəzli imzaladılar.
“Qətərin Ticarət Nazirliyi ilə Ticarət və Sənaye Nazirliyi arasında Birgə Nazirlər Bəyanatı”nı Qətərin ticarət naziri Ömər Bolat və Qətərin ticarət və sənaye naziri Şeyx Feysəl bin Tani Al Tani imzalayıblar.
“Müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Müdafiə Sənayesi prezidenti Haluk Görgün və Baş nazirin müavini və müdafiə naziri Şeyx Səud bin Əbdürrəhman bin Həsən bin Əli Al Tani imzalayıblar.
İslam İman
