Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 21-22-23 oktyabr tarixlərində Küveyt, Qətər və Omana rəsmi səfər edəcək.
“Xəbərsiz” bildirir ki, bunu Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Direktoru Burhanəddin Duran deyib.
Səfərlər zamanı adıçəkilən ölkələrlə ikitərəfli əlaqələrə bütün aspektlərdə baxılacaq və mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində görüləcək işlər müzakirə olunacaq.
Görüşlərdə beynəlxalq məsələlər, xüsusilə də regional hadisələrlə bağlı məsləhətləşmələrin aparılacağı gözlənilir.
Səfərlər zamanı ikitərəfli əlaqələrin möhkəmləndirilməsi üçün müxtəlif sazişlərin imzalanması da nəzərdə tutulub.
