Mən Prezident Ərdoğanı sevirəm. Məni çox yüksək səviyyədə qarşıladı. O, möhtəşəmdir.
“Xəbərsiz” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Amma Bibi dünən Türkiyə və Ərdoğan haqqında sərt fikirlər səsləndirdi.
Mən də ona dedim ki, bilirsiniz, mən Ərdoğanla danışmışam. Dedim ki, o, müharibəyə qoşula bilərdi, çünki İsraili o qədər də sevmir. Bibini də sevmir. Amma mənim xahişimə görə müharibəyə qoşulmadı.
Türkiyə böyük hərbi gücdür. Milyonlarla əsgəri var. Onlarda bizim ən yaxşı hərbi texnikamızdan çoxu var. F-35 qırıcılarını almağa çalışırlar.
Amma müharibəyə girmədi. O istəyirdi, girəcəkdi. Əgər mən olmasaydım, o, müharibəyə girəcəkdi. Və o zaman qarşı tərəfdə yer alacaqdı”, – Tramp bildirib.





