Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirə yola düşüb.
“Xəbərsiz” bildirir ki, Ərdoğanla birlikdə Xarici İşlər Naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın, Prezident Administrasiyasının Əlaqələr Direktoru Burhanəddin Duran və Prezidentin Xarici Siyasət və Təhlükəsizlik Baş müşaviri Akif Çağatay Kılıç da Misirə gedib.
Ərdoğan Misir prezidenti Əbdülfəttah əs-Sisi və ABŞ prezidenti Donald Trampın dəvəti ilə Qəzzada əldə olunan atəşkəs razılaşması ilə bağlı keçiriləcək “Şarm əl-Şeyx Sülh Zirvəsi”nə qatılacaq.
Ərdoğanın Zirvə toplantısında çıxışı, həmçinin iştirakçı ölkələrin liderləri ilə məsləhətləşmələr aparması planlaşdırılır.
Əli Hacı
