“Ermənistanda 2020-ci ildə 44 günlük müharibədən dərhal sonra ölkə dərin siyasi böhrana girərkən demokratiyanın bütün alətlərindən istifadə edildi”
“Xəbərsiz” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan AŞPA-nın bu gün keçirilən payız sessiyasındakı çıxışında deyib.
Onun sözlərinə görə, 44 günlük müharibə müəyyən mənada hibrid müharibənin tərkib hissəsi olub, məqsədi Ermənistanın dövlətçiliyi və müstəqilliyi olub.
O, iddia edib ki, Ermənistanın dövlətçiliyini və müstəqilliyini sözün əsl mənasında xilas edən demokratiya olub.
Onun fikrincə, bu, bir əsas səbəbdən baş verdi: xalq başa düşdü ki, bu seçkilər Ermənistanda xalqın hakimiyyətinə zəmanət verir; xalq hakim çoxluğa xalqın hakimiyyətini və suverenliyi, müstəqilliyi, dövlətçiliyi qorumaq üçün mandat verdi:
“Mən açıq şəkildə deyə bilərəm ki, bu gün Ermənistanda hakimiyyət demokratiyanın təminatçısı olan xalqa məxsusdur və bu gün Ermənistan həmişəkindən daha müstəqil, suveren, demokratik dövlətdir”, – Paşinyan yekunlaşdırıb.