Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar oktyabrın 6-da ölkəmizə səfərə gəlib.
“Xəbərsiz” xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında Şimali Kipr Prezidentini Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki səfərdə məqsəd Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etməkdir.
