ABŞ prezidenti Donald Trampın BMT binasına daxil olmaq üçün mindiyi eskalator qəfil dayanıb.
“Xəbərsiz” xəbər verir ki, hadisə ilə bağlı Kaliforniya qubernatoru Gavin Newsom-un ABŞ-dakı mətbuat xidmətinin X sosial media hesabında paylaşım edilib.
Yazıda Trampı təsvir etmək üçün “aşağı intellektli prezident” ifadəsindən istifadə edilib, həmçinin onun “növbəti dayanacağı qocalar evi olması” ilə bağlı istehza ilə işarə edilib.
Sözügedən mesajda ABŞ liderinin eskalatorda yaşadığı nasazlığın “bütün dünyanın gülüşünə səbəb olduğu” bildirilib.
Əli Hacı

