SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi
TƏBİB sədrinə yeni müşavir təyin edildi – FOTO
SON DƏQİQƏ! Azərbaycanda yüksək rütbəli şəxs SAXLANILDI
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? – Dosye
24 İyul 2026
Nazirlik 75 min nəfəri sevindirdi – RƏSMİ MƏLUMAT
24 İyul 2026
İş axtaranlara ŞAD XƏBƏR – YENİLİK
24 İyul 2026
Əsas/Cəmiyyət/Evlənmək üçün ideal yaş açıqlandı
Cəmiyyət

Evlənmək üçün ideal yaş açıqlandı

Xəbərsiz Media
06 İyul 2026

Elm insanın dəqiq hansı yaşda evlənməli olduğunu müəyyən edə bilməsə də, aparılan araşdırmalar bu suala maraqlı yanaşmalar təqdim edir.

“Xəbərsiz” xəbər verir ki, bu barədə “Your Tango” nəşri yazır.

Nəşrin qeyd etdiyi kimi, evlilik həyatda verilən ən mühüm qərarlardan biridir və onun üçün doğru vaxtın seçilməsi bir çox insanı narahat edən əsas məsələlərdəndir. Xüsusilə ailənin, dostların, cəmiyyətin və ya “başqalarından geri qalıram” hissinin təsiri bu qərarın qəbulunda mühüm rol oynaya bilər.

Ən uyğun evlilik yaşını müəyyənləşdirməyə çalışan riyaziyyatçılar və münasibətlər üzrə mütəxəssislər bir neçə fərqli yaş göstərirlər. Onların arasında 26 yaş, 20 yaşların sonu və 30 yaşların əvvəli yer alır. Bu yanaşmalardan biri “37 faiz qaydası” adlanan prinsipə əsaslanır. Statistikaya görə, ABŞ-də ilk evlilik üçün median yaş qadınlarda 28, kişilərdə isə 30 yaşdır.

26 yaş niyə ideal hesab olunur?

Bu fikir jurnalist Brayan Kristian və koqnitiv alim Tom Qriffitsin müəllifi olduqları “Algorithms to Live By: The Computer Science of Human Decisions” (“Həyat üçün alqoritmlər: İnsan qərarlarının kompüter elmi”) kitabında irəli sürülüb.

Müəlliflərin fikrincə, insanlar mövcud seçimlərin təxminən 37 faizini qiymətləndirdikdən sonra daha optimal qərar verə bilirlər.

Onlar bunu işə qəbul prosesi ilə izah edirlər. Məsələn, namizədlərin ilk 37 faizi qiymətləndirildikdən sonra onlardan daha yaxşı olan ilk namizəd seçilərsə, ən uğurlu seçimi etmək ehtimalı maksimum olur.

Araşdırma müəllifləri bu prinsipi həyat yoldaşı seçiminə də tətbiq edirlər.

Onların fikrincə, insanların adətən 18–40 yaş arasında həyat yoldaşı axtardıqlarını nəzərə alsaq, bu intervalın 37 faizi təxminən 26 yaşa uyğun gəlir.

Məqalədə qeyd olunur ki, bu mərhələdən sonra potensial uyğun tərəfdaşların sayı və uyğunluq ehtimalı azalmağa başlayır.

Bir çox mütəxəssis 20 yaşların sonunu daha uyğun hesab edir

Psixoloq Vayat Fişerin sözlərinə görə, 20 yaşların sonu ailə qurmaq üçün əlverişli dövrdür. Çünki bu yaşa qədər insanların əksəriyyəti təhsilini başa vurur və peşəkar fəaliyyətə başlayır. Klinik sosial işçi Kelsi Torqerson isə bildirir ki, insan ömür-gün yoldaşı axtarmazdan əvvəl beynin tam inkişaf etməsini gözləməlidir. Onun sözlərinə görə, bu proses adətən 25 yaşdan tez başa çatmır.

Torqerson hesab edir ki, cütlüklər münasibətlərini evlilik mərhələsinə keçirməzdən əvvəl müxtəlif çətinlikləri birlikdə aşmalıdırlar.

“Əgər məktəb illərindən birlikdəsinizsə, universitet təhsili, uzaq məsafəli münasibətlər, xaricdə təhsil və ya iki işdə çalışmaq kimi çətinliklərin öhdəsindən necə gəldiyinizə diqqət yetirin. Sağlam ailə həyatı üçün münaqişələrin həlli bacarıqları çox vacibdir”, deyə o bildirib.

Bəzi mütəxəssislər isə fərqli yaş göstərirlər

Münasibətlər üzrə terapevt Vina Kallins qadınlar üçün ideal evlilik yaşının 28 olduğunu düşünür. Onun sözlərinə görə, bu yaşda qadınlar artıq özlərini daha yaxşı tanıyır, gələcək həyat yoldaşından nə istədiklərini anlayır və əvvəlki münasibətlərindən nəticə çıxarmış olurlar. Həmçinin onlar karyera qurmaq, ali və ya əlavə təhsil almaq, yaxud müstəqil həyat təcrübəsi qazanmaq üçün kifayət qədər vaxt əldə edirlər.

Kallins kişilər üçün isə 32 yaşı daha münasib hesab edir.

Onun fikrincə, bu yaşa qədər kişilər peşəkar sahədə möhkəmlənmək, sosial və emosional baxımdan yetkinləşmək, həmçinin valideynlik və ailə məsuliyyəti barədə daha realist təsəvvür formalaşdırmaq imkanı qazanırlar.

Bununla belə, nəşr vurğulayır ki, bu nəticələrə baxmayaraq, uğurlu evliliyin sirrini yalnız yaşla izah etmək mümkün deyil. Hazırda elmi baxımdan bütün insanlar üçün ideal hesab edilə biləcək konkret evlilik yaşı mövcud deyil. Uğurlu ailə həyatı daha çox tərəfdaşların qarşılıqlı uyğunluğundan, emosional yetkinliyindən və münasibətlər üzərində birgə çalışmağından asılıdır. (Demokrat.az)

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Gündəm24 İyul 2026

Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? - Dosye

Cəmiyyət24 İyul 2026

Nazirlik 75 min nəfəri sevindirdi - RƏSMİ MƏLUMAT 

Cəmiyyət24 İyul 2026

İş axtaranlara ŞAD XƏBƏR - YENİLİK

Gündəm24 İyul 2026

Azərbaycanda 9 idarə ləğv edildi - RƏSMİ

Hava24 İyul 2026

25-26 iyul tarixləri ilə bağlı XƏBƏRDARLIQ - NƏZƏRƏ ALIN

Prezident24 İyul 2026

Prezident onu Türkiyəyə səfir təyin etdi

İqtisadiyyat24 İyul 2026

AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR

Gündəm24 İyul 2026

Prezident onu Özbəkistana səfir göndərdi

Cəmiyyət24 İyul 2026

Uşaqpulu haqda yeni məlumat – Üstünlük bu ailələrə veriləcək

Cəmiyyət24 İyul 2026

Əhaliyə xəbərdarlıq edildi - Şənbə və bazar günlərində...

Həmçinin oxu

Cəmiyyət

Nazirlik 75 min nəfəri sevindirdi - RƏSMİ MƏLUMAT 

No Comment
18 baxış
Cəmiyyət

İş axtaranlara ŞAD XƏBƏR - YENİLİK

No Comment
6 baxış
Cəmiyyət

Uşaqpulu haqda yeni məlumat – Üstünlük bu ailələrə veriləcək

No Comment
67 baxış
Cəmiyyət

Əhaliyə xəbərdarlıq edildi - Şənbə və bazar günlərində...

No Comment
25 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? – Dosye
Azərbaycanda 9 idarə ləğv edildi – RƏSMİ
Prezident onu Özbəkistana səfir göndərdi
İqtisadiyyat
Azərbaycan əhalisinin sayı artdı
Vüqar Oruc: “Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır”
Regionlarda daşınmaz əmlak bazarında fərqli mənzərə: Ən bahalı və ən ucuz rayonlar hansılardır?

Bölmələr üzrə

Baxış bucağı 807
Cəmiyyət 2168
Dünya 1234
Elm və təhsil 373
Gündəm 1261

Bütün müəllif hüquqları qorunur - 2026