Xalq artisti Eyyub Yaqubovun ailəsinin daha bir üzvü sənət camiəsinə qədəm qoyub.
“Xəbərsiz” xəbər verir ki, Xalq artistinin bacısı oğlu Nağı Yaşar ifaçılığa başlayıb.
Xalq artisti Eyyub Yaqubov bacısı oğlunu ictimaiyyətə təqdim edərək ona öz dəstəyini bu sözlərlə bildirib:
“Nağını hələ uşaq yaşlarından musiqiyə qoymuşduq. Onun bu gün sənətə gəlməyi təsadüfi deyil. Mən onun istedadına inandığım üçün ona dəstəyəm. Bu gün də bu açıqlamanı ona görə verirəm ki, hər kəsə bildirim ki, o mənim bacım oğludur, qəlbən mənə yaxın adamdır. Bizdə istedad irsidir. Amma biz yaxşıya yaxşı, pisə pis deyən adamlarıq. O həm oxuyur, həm özü musiqi bəstələyir. Bizim borcumuz istedadı olana kömək etməkdir, həyasızlar onsuz da özlərinə yer tapır. Mən inanıram ki, o bu sənətdə öz sözünü deyəcək.
Məhəmməd Hadinin gözəl bir sözü var, deyir ki, “Elmin, hünərin, mərifətin varsa, buyur gəl, Yoxsa bu elm sahəsinə olma bir əngəl!”. Mən ona inanıram və bilirəm ki, hər şey yaxşı olacaq”.
Yaşar Nağı da öz növbəsində dəstəyə görə Xalq artistinə təşəkkürünü bildirərək, bu sənətdə dayısına laiqli sənətçi olacağına söz verib.
Səma Sevyarlı
